Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86924
az

Həkimlər məktəb şagirdlərini vərəm müayinəsindən niyə keçirmir? - VİDEO

09:2314 Aprel, 2023
97
CƏMİYYƏT
  • A

Son günlərdə orta məktəblərdən birindəki şagirddə vərəm aşkarlanması tibbi yoxlanışlarla bağlı məsələni gündəmə gətirib. Orta təhsil müəssisələrində yoluxucu xəstəliklərin, eyni zamandaəvvəlki illərdəki kimi saç, dırnaq və göz yoxlanışının olub-olmaması ilə bağlı suallar yaranıb.

OXU24.COM xəbər verir ki, məsələni araşdırmaq üçün "Xəzər Ertəsi" valideynlər və şagirdlər arasında sorğu aparıb.

"Verilən cavablar isə birmənalı olmayıb"

Tibb üzrə ekspert Pərvanə Vəliyevanın sözlərinə görə, tibbi yoxlanışlar poliklinikalardan həkimlər dəvət olunmaqla xüsusi otaqlarda əsasən 4,9,10,11-ci siniflər arasında aparılır. Digər siniflər isə poliklinikalarda müayinə edilirlər.

O, deyir ki, kütləvi müayinələrin və yoluxucu xəstəliklərə qarşı sınaqların ildə 1 dəfə aparılması vacibdir. O həmçinin bildirir ki, təcrübələrə əsasən bir sıra kənd məktəbində həkim və tibb bacısı yoxdur.

Ekspert vurğulayır ki, saç, dırnaq və gözlərin yoxlanışı kimi elementar prosedurları daməhz məktəblərdəki bu tibb bacıları həyata keçirməlidirlər.

Sözügedən məsələ ilə bağlı Bakı Baş Səhiyyə Mərkəzinin şöbə müdiri Aytən Sultanova bildirdi ki, şagirdlərin vərəm və bir sıra yoluxucu xəstəliklərlə əlaqədar yoxlanışı ildə 1 dəfə aparılır. Dırnaq, dəri və saçla bağlı isə şagirdlərə dərslərdə izahlar verilir.

Elm və Təhsil Nazirliyindən "Xəbər Ertəsi"nə bildirildi ki, tibb xidmətin təşkili üçün məktəblərdə müvafiq sayda otaqlar və avadanlıqlar ayrılıb. Bununla belə təhsilalanlara tibbi xidməti ərazidəki poliklinikalar göstərir.

Bundan başqa, nazirliyin davranış qaydaları ilə bağlı sənədində də dırnaq,saç yoxlanışı və digər gigiyenik məsələlər qeyd olunub. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...