Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86721
az

 Azərbaycanda nazir işdən çıxarıldı

11:0712 Aprel, 2023
403
CƏMİYYƏT
  • A

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov vəzifəsindən azad edilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respubliksı Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Bu gün imzalanan digər sərəncamla Samiq Asəf oğlu Sadıxov Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini təyin edilib. Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Samiq Sadıxova verilib.

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Samiq Sadıxovu kollektivə təqdim ediblər.

Təqdimatdan öncə səhiyyə naziri Teymur Musayev ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ulu öndərin xatirəsinə ehtiramını bildirib.

Təqdimat zamanı Fuad Nəcəfli və Teymur Musayev Naxçıvanda səhiyyə sahəsində fəaliyyəti geniş təhlil edib, buraxılan nöqsanlara diqqət çəkib, işin müasir dövrün tələblərinə uyğun yenidən təşkili barədə tapşırıq və tövsiyyələrini çatdırıblar.
Qeyd edək ki, 1987-ci ildə Naxçıvan şəhərində anadan olan Samiq Sadıxov bu təyinatadək “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsində çalışırdı.(Report)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər