Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86638
az

"Bunu məşhur kimi deyil, bir ana kimi edirəm" - Şakira

18:4311 Aprel, 2023
78
CƏMİYYƏT
  • A

Məşhur müğənni Şakira oğulları Milan və Saşa ilə bağlı müraciət edib.

OXU24.COM  axşam.az-a istinadən xəbər verir ki, ifaçı paparatsilər və media orqanlarından onları addım başı izləməməyi xahiş edib.

"Bir ictimai xadim kimi həyatımda dəyişikliklərin baş verdiyi bu vaxtda mətbuatda mənim və ailəmlə bağlı xəbərlərə daimi marağın olması başa düşüləndir. Bununla belə, övladlarım - Milan və Saşa Barselonada paparatsilər, müxtəlif media orqanlarının işçiləri tərəfindən davamlı olaraq təqiblərə məruz qaldıqları çox çətin il yaşadılar.
Ətraflı

İndi onların həyatında yeni mərhələ başlayır. Oğullarımın adından xahiş edirəm ki, onların şəxsi toxunulmazlıq hüququna hörmət edilsin. Xahiş edirəm ki, Barselonada hər gün baş verdiyi kimi, görüntülər əldə etmək üçün onları məktəbin çıxışında və ya girişində izləməkdən, evimizin qapısında gözləməkdən və ya dərsdənkənar fəaliyyətlərində izləməkdən çəkinin. Bu müraciətimi məşhur kimi deyil, bir ana kimi edirəm" deyə, o paylaşımında yazıb.

Qeyd edək ki, Şakira xəyanətə uğradıqdan sonra eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pikedən ayrılıb. İkili 11 il münasibətdə olub və iki övladları var.

Hazırda Pikenin sevgilisi Klara Çianın hamilə olduğu deyilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR