Uşaqlıq mioması uşaqlıq yolunda böyüyən xərçəng olmayan şişlərdir. Mioma həmçinin fibroma kimi də tanınır. Əgər sizə fibroma diaqnozu qoyulubsa, bilin ki, bu xəstəlik müalicə olunan bir xəstəlik növüdür. Lakin miomanın qarşısını almaq üçün erkən diaqnoz olduqca önəmlidir. Bəs mioma nədir? Bu dəfəki yazımızda mioma nədir sualına, həmçinin miomanın simtomları və müalicəsi, miomanın yaranma səbəbləri və mioma əməliyyatı ilə bağlı danışacağıq.
Mioma nədir? Onun simptomları və müalicəsi haqqında nə bilmək lazımdır?
Həkim mama-ginekoloq Xanım Adıgözəlova bildirir ki, mioma uşaqlıq yolunda anormal hamar əzələ proliferasiyasıdır və uşaqlığın ən çox rast gəlinən xoşxassəli şişidir. Miomanın yaranmasına səbəb isə adətən estrogen hormonu olduğu bildirilir. Lakin burada genetik faktorlar da rol oynayır. Mioma və yaxud fibroma hormondan asılı olan şişdir və reproduktiv dövrdə olan hər 5 qadından birində müşahidə olunur.
Klimaks dövrü başlayanda hormonların səviyyəsinin azalması səbəbindən mioma kiçilir. Klimaks ilə bağlı ətraflı məlumat üçün həkim mama-ginekoloq Xanım Adıgözəlovanın mövzu ilə bağlı yazısını oxuya bilərsiniz.
Mioma simptomları ilə bağlı məsələyə gəldikdə isə, mama-ginekoloq Xanım Adıgözəlova qeyd edir ki, xəstəlik özünü adətən miqdarından artıq olan aybaşı qanamaları ilə biruzə verir. Böyük ölçülərə çatan miomalar isə qarında şişlik, ağrı, həzmsizlik, qəbizlik və qaz şikayətlərinə, sidik kisəsinə təzyiq edərək isə tez-tez sidiyə getmə və böyrək problemlərinə səbəb olur.
Mioma müalicəsi pasiyentin yaşına, simptomların olub-olmamasına və şiddətinə, miomanın ölçüsünə və yerləşməsinə görə dəyişir. Müşahidə, tibbi və cərrahi müalicə (açıq, histereop, laparoskopik) variantları tətbiq edilir.
Hamiləlik zamanı infeksiyalar: Körpənizin sağlamlığı üçün risklər bunlardır
Həkim mama-ginekoloq Xanım Adıgözəlova miomanın səbəbləri ilə bağlı qeyd edib ki, hormonlardakı pozuntular, genetik faktorlar və bu kimi nüanslar uşaqlıq miomasının əmələ gəlməsinə səbəb olur. Miomanın yaranmasına səbəblər aşağıdakı kimi ümumiləşdirilə bilər:
Genetik faktor
Estrogen və progestron hormonlarındakı pozuntular
Artıq çəki
Həkim mama-ginekoloq Xanım Adıgözəlova miomanın yaranması üçün risk faktorları ilə bağlı bildirib ki, estrogen hormonunun bədəndə artmasına səbəb olan məhsullardan uzaq olmaq faydalı olacaqdır. Misal üçün, plastik qablar və plastik qablarda satılan qidalar, kosmetik vasitələr və bir çox məhsullar bədəndə estrogen yüklənməsinə səbəb ola bilər. Təbii şəkildə becərilən meyvə və tərəvəzlərlə qidalanma da mioma riskini azaldır.
Mioma əməliyyatı qorxuludurmu? Riskləri və Yan Təsirləri Nələrdir?
Mioma əməliyyatı hamiləlik istəyi olduğu və mövcud miomaların hamiləliyin davamı üçün risk yaratdığı hallarda istifadə edilən müalicə üsuludur. Böyük və ya çoxlu miomalar cərrahi müdaxilələrlə çıxarılır. Mioma əməliyyatı iki üsulla - açıq, ya da laparoskopik (qapalı) üsulla həyata keçirilir. Laparoskopik mioma əməliyyatı zamanı kamera və cərrahi alətlərin qarın boşluğuna keçməsi üçün qarın boşluğunda kiçik kəsiklər edilir. Laparoskopik əməliyyatdan sonra pasiyent adətən gecəni xəstəxanada müşahidə altında keçirir, lakin sağalma müddəti açıq mioma əməliyyatından daha sürətli olur.
Hər bir əməliyyat kimi mioma əməliyyatı da özündə müəyyən riksləri daşıyır. Ginekoloji əməliyyatlar da icra edən həkim mama-ginekoloq Xanım Adıgözəlova bildirir ki, mioma əməliyyatından əvvəl düzgün planlaşdırma aparılarsa və əməliyyatda düzgün texnikalar istifadə edilərsə, mioma əməliyyatı riski minimuma enir. Erkən qoyulan diaqnoz da əməliyyatın rahat keçməsinə səbəb olacaqdır.
Mütəmadi olunan ginekoloji müayinələrlə siz fibroma xəstəliyinin varlığını öyrənə və erkən müdaxilələr edə bilərsiniz. Əgər mövzu ilə bağlı ginekoloq məsləhəti almaq istəyirsinizsə, 055 555 29 59 nömrəsi vasitəsilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlaya bilərsiniz.
Oxu24.com
ŞƏRHLƏR