Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86398
az

DİN Goranboyda evə basqınla bağlı məlumat yayıb

11:5007 Aprel, 2023
127
CƏMİYYƏT
  • A

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda evə silahlı basqınla bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu24.com-a bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Börü Qəsəbəsində 1 nəfərin odlu silahdan atəş açması barədə məlumat daxil olub.

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və silahlı şəxs tərk-silah edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, 1962-ci il təvəllüdlü Mətləb Məmmədov, onun övladları 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı 1966-cı il təvəllüdlü Ş. Əliyeva 2006-cı il təvəllüdlü A. Yunislinin evinə gələrək orada sonuncu və ailə üzvləri ilə münaqişə edib, Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açıb. Hadisə nəticəsində odlu silahdan deyil əlbəyaxa münaqişə nəticəsində bir neçə nəfər xəstəxanaya müraciət edib, vəziyyətləri normaldır. Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıb”, - o deyib.

Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Taksi fəaliyyəti ilə məşğul olanlara VACİB MƏLUMAT 
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi