Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86394
az

İlkin Süleymanovun atası Ali Məhkəmə sədri və Məhkəmə-Hüquq Şurasına müracət edib

11:0407 Aprel, 2023
148
CƏMİYYƏT
  • A

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun atası İbrahim Süleymanov Ali Məhkəmənin sədri İnam Kərimova və Məhkəmə Hüquq Şurasına müraciət edib.

Oxu24.com-un  xəbərinə görə, İbrahim Süleymanov oğlunun Nərmin Quliyevanın ölümü, cinayət hadisəsi ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb: “Oğlumun cinayət hadisəsini törətdiyini təsdiq edən heç bir sübut mövcud deyil. Buna baxmayaraq, 3 ildən artıqdır ki, qanunsuz olaraq həbsdə saxlanılır. Cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Uzun çəkən məhkəmə baxışı zamanı aydın şəkildə müəyyən edilib ki, bu cinayətin oğlum tərəfindən törədildiyini təsdiq edən heç bir sübut mövcud deyil".

Müraciətdə qeyd olunub ki, əsl qatillərin üzə çıxarılmasını təmin edə biləcək bütün faktlar məqsədli şəkildə saxtalaşdırılıb: "Məhkəmə-hüquq sistemində aparılan köklü islahatlar və xüsusilə də Prezidentimizin böyük etimadını qazanmış İnam Kərimovun Ali Məhkəməyə sədr təyin edilməsi bu cinayətə əlləri bulaşmış şəxslərin narahatlığını daha da artırıb, həmin şəxslər oğlum barəsində tələm-tələsik qanunsuz ittiham hökmünün çıxarılmasına, bununla da öz cinayətkar fəaliyyətlərini ört-basdır etməyə çalışırlar".

Müraciətdə qanunsuzluqların qarşısının alınması və iş üzrə qanuni və ədalətli hökm çıxarılmasının təmin edilməsi üçün işin nəzarətə götürməsi xahiş olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XİN: Bu, ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür
FİFA bu qadağanı götürür
Gürcüstanın baş naziri etirazları dəstəkləyən Avropa Şurasının rəhbərinə cavab verib

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO