Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86371
az

İmsak vaxtı necə qidalanmalıyıq?

21:3706 Aprel, 2023
115
CƏMİYYƏT
  • A

Ramazanda imsak vaxtı qidalanmaq çox vacibdir. 

OXU24.COM lent.az-a istinadən xəbər verir ki, dietoloq Gözde Karaca bildirib ki, yanlış qidaların istehlakı artıq çəkiyə, həm də sağlamlıq problemlərinə səbəb ola bilər. 

Onun sözlərinə görə, Ramazanda ən çox edilən səhvlərdən biri də imsakda yemək yemədən oruc tutmağa çalışmaqdır:
 

"Sahursuz oruc tutan insanlar qəbizlik, qanda şəkərin azalması, təzyiq problemləri və susuzluq kimi əlamətlərlə qarşılaşa bilərlər. Sahurda istehlak etdiyimiz qida yuxuya getməyimizi çətinləşdirməməli, kifayət qədər vitamin və mineral ehtiva etməlidir.

Sahurda ağır və yağlı yeməklərə üstünlük vermək həm mədəni yorar, həm də kökəlməyə səbəb olar. Bu vaxt daha yüngül və balanslı qidalara üstünlük verilməlidir. Bizi daha çox susuzlaşdıracaq, daha çox ac qoyacaq, mədəmizi yoracaq xəmir, qızardılmış qidalardan uzaq durmaq daha faydalı olacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN