Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86361
az

Seçim azaddır: ya Azərbaycan pasportu, ya da Fransada erməni dövləti

17:4006 Aprel, 2023
157
CƏMİYYƏT
  • A

Ermənistan və Avropa ölkələrindəki erməni diaspor təşkilatları ilə onların maliyyə "dəstəyi" verdikləri siyasətçilər və deputatlarda yeni isteriya müşahidə olunur.

OXU24.COM Trend-ə istinadən xəbər verir ki, Ermənistanın hakimiyyət dairələrinin mənsubları, siyasətçilər, bloqerlər yeni kampaniyaya başlayıblar. Onların iddialarına görə, Ermənistandan Qarabağa, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarətində olan ərazilərə, o cümlədən, Xankəndiyə yollanmaq istəyən ermənilərə Azərbaycan mane olur.

"BMT-nin Beynəlxalq Cinayət Məhkəməsi və Qaçqınlarla İş üzrə Ali Komissarlığı Laçın dəhlizi ilə hərəkət üçün Azərbaycanın bütün gərəkli tədbirləri görmək məcburiyyətində olduğunu vurğulayıb. Laçın dəhlizinə və Dağlıq Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsinə ehtiyac var", - Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəsi Arman Xaçatryan AŞ-nin Nazirlər Komitəsinin iclasında deyib.

 

Xankəndidəki separatçı rejimin "dövlət naziri" Qurgen Nersisyan isə həmişəki kimi, həyasızlıqda İrəvandakı həmcinslərinə nümunə olmaq qərarına gəlib.

"İndi Azərbaycan yeni tələblərlə çıxış edir. Ermənistandan Qarabağa qayıtmaq istəyən bütün ermənilərdən Azərbaycan vətəndaşlığını qəbul etmək tələb olunur", - Q.Nersisyan deyib.

Ermənilər və Ermənistandakı hakimiyyətin mənsubları, həmişə olduğu kimi, yalan danışırlar. Laçın yolunda indiyədək heç bir ermənidən Azərbaycan vətəndaşlığını qəbul etmək məcburi şəkildə tələb olunmayıb.

Lakin...

Ermənistandan Xankəndiyə istiqamətlənən Laçın yolunda dinc erməni sakinlərin hərəkəti, nəqliyyat və yük daşımaları ilə bağlı heç bir problem yoxdur. Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin Laçın yolunda keçirdikləri aksiya da bəlli tələblərlə bağlıdır.

RSK-nın müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycanın təbii-mineral ehtiyatlarının vəhşicəsinə istismarına və qanunsuz mədən fəaliyyətinə son qoyulması, habelə, həmin ərazilərdəki faydalı qazıntı yataqlarında monitorinq keçirilməsi tələbi ilə keçirilən aksiya məqsədinə çatana qədər davam edəcək.

Həmin ərazilərdəki demoqrafik situasiyanı işğal illərində olduğu kimi, yenə də süni şəkildə dəyişməyə yönəlmiş istənilən prosesin qarşısı isə qətiyyətlə alınacaq.

Ölkəmizin ərazilərinin 20 faizinin işğalda olduğu 30 il ərzində Ermənistanın hakimiyyət dairələri dünyanın ən müxtəlif ölkələrindəki erməni icmaları arasında təşviqat və təbliğat kampaniyaları apararaq "Qarabağda məskunlaşma" adlı layihəsini reallaşdırırdı.

Həmin layihə çərçivəsində işğaldakı ərazilərdə minlərlə erməni məskunlaşmışdı. Məsələn, sadəcə, Kəlbəcər rayonunda Suriya, İraq və Livandan gətirilmiş 84 erməni ailəsi vardı.

Postsovet məkanı ölkələrindən də axın müşahidə olunurdu.

Ermənistan vətəndaşlarına gəldikdə isə rəsmi İrəvan işğaldakı Azərbaycan ərazilərində məskunlaşmağa qərar verən erməni ailələrinə 12 çeşiddə imtiyaz, orta hesabla 8 040 ABŞ dolları məbləğində birdəfəlik maliyyə yardımı, 5 il müddətində bütün vergilərdən azad edilməni və s. təklif edib. Aqrar sahədə çalışmaq və ya fermer təsərrüfatı yaratmaq istəyən "köçmə"lərə isə 9 200 dollar məbləğində yardım ünvanlanırdı.

Təbii, həmin yardımların hamısı "könüllü köçkün"lərə çatmırdı: aparılan araşdırmalar və rəsmi açıqlamalara görə, İrəvandakı məmurlarla Xankəndidəki separatçı rejimin "yüksəkçinli" mənsubları ayrılan maliyyə vəsaitinin minimum 43 faizini mənimsəyiblər.

 

Bəhs etdiyimiz mənhus prosesi indi də davam etdirməyə çalışan rəsmi İrəvan rusiyalı sülhməramlıların olduqları ərazidəki demoqrafik situasiyanı dəyişmək, "yerli əhali" sayılan ermənilərin sayını artırmaq istəyirlər.

Süni şəkildə aparılan prosedurlar, təbii ki, qanunsuzdur və onların qarşısı alınmalıdır.

Sözügedən ərazilərdə yalnız 1989-cu ilədək orada yaşamış ermənilər Azərbaycan vətəndaşlıq pasportu alandan və ölkəmizin qanunvericiliyinə əməl edəcəklərini bəyan edəndən sonra yaşamlarını davam etdirə bilərlər. Yalnız belə olan təqdirdə həmin şəxslərin konstitusion hüquqları təmin olunacaq.

Əks təqdirdə, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, həmin şəxslər Azərbaycanda qanunsuz yaşayan, vətəndaşlığı olmayan şəxslər sayılacaqlar və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, Ermənistana deportasiya olunmalıdırlar.

Rəsmi Bakı qarabağlı erməniləri deportasiya etmək, ölkədən çıxarmaq, qovmaq və ya onlara qarşı hər hansı formada repressiv addımlar atmaq, təqiblərə məruz qoymaq niyyətində deyil.

Tam əksinə, Bakının qarabağlı ermənilərin nümayəndələri ilə başladığı dialoqun məqsədi həmin şəxsləri onillərdən bəri davam edən miskin, yoxsul və perspektivsiz yaşam şərtlərindən qurtarmaq, Azərbaycana reinteqrasiya etməkdir.

Bununla bağlı müvafiq dövlət proqramı da hazırlanmaqdadır və proqram hazır olduqdan sonra qarabağlı ermənilər normal yaşam yolunu seçə bilərlər.

İnad edərək separatçılıq idefikslərindən əl çəkməyən, xüsusilə də əldə silah terrorçuluq və diversiya əməlləri fikrində olanların yolu birdir: Laçın yolu ilə Ermənistana.

Onlar Azərbaycanı tərk edəndən sonra milli müqəddəratlarını təyin edə bilərlər.

İstəsələr, Ermənistanda müstəqil dövlət qursunlar, istəsələr, Fransaya yollanıb oradakı bölgələrdən birini qədim, tarixi erməni ərazisi elan edə bilərlər.

Seçim imkanları məlum, yol isə açıqdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üzünüzə küncüt çəkin və effektini görün
Bu pomidorları almayın - RİSKLİDİR
Azərbaycanda müəllim vəfat etdi - FOTO

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü