Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86136
az

Azərbaycandan qanunsuz şəkildə İrana keçmək istəyən şəxslər saxlanılıb

15:5803 Aprel, 2023
76
CƏMİYYƏT
  • A

Azərbaycandan qanunsuz şəkildə İrana keçmək istəyən şəxslər saxlanılıb.

Bu barədə Oxu24.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 2-də saat 06:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun II Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən Göygöl rayon sakini Paşayev Azər Seyfəddin oğlu və Salyan rayon sakini Muradov Elnur Mənəfağa oğlu saxlanılıb.

Araşdırma zamanı qeyd olunan şəxslərin “Toyota Prius” markalı 99-DC-626 dövlət nömrə nişanlı avtomobillə gəlməsi və ərazidə daha 4 (dörd) nəfərin olması müəyyənləşdirilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən uzaqlaşmağa cəhd edən nəqliyyat vasitəsinin sürücüsü Cəlilabad rayon sakini Şahmarlı Aqil Yaşılxan oğlu və Göygöl rayon sakini Kazımov Röyal Rövşən oğlu şühbəli şəxs qismində saxlanılıblar.

Sərhəd axtarış tədbirləri davam etdirilərkən saat 15:45-də gizlənərək təqibdən yayınmağa çalışan Göygöl rayon sakini Əsgərov Rəfail Məhərrəm oğlu və Tərtər rayon sakini Əzimov Orxan İlqar oğlu sərhəd naryadı tərəfindən saxlanılıb.

Saxlanılan şəxslər törətdiyi cinayət əməlini etiraf edərək,dövlət sərhədinin pozmaqda məqsədlərinin İrandan Azərbaycana narkotik vasitə gətirmək olduğunu bildiriblər.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maşınının nömrəsini dəyişən sürücü həbs edildi
Azərbaycanda nikah yaşı ilə bağlı məsələyə aydınlıq gətirildi - RƏSMİ
Prezident fərman imzaladı: Yeni publik hüquqi şəxs yaradılır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi