Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86052
az

Məşhur siyasi partiya fəaliyyətini dayandırdı

23:0901 Aprel, 2023
173
  • A

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) fəaliyyətini dayandırıb.

Partiya bu barədə bəyanat yayıb.

Bəyanatda bildirilib ki, yeni siyasi fəallıqlar fonunda partiya üzvlərinin əksəriyyəti ALDP-nin fəaliyyətinə son qoyulmasını istəyib.

Qeyd edək ki, partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü olub, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz edib və partiyadan istefa verib. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilərdən ibarət Azərbaycan Liberal Demokrat Partiyası qurulub. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçib.

Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaradıb. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu bildirib.

Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralanıb və 15 dekabr 2000-ci ildə vəfat edib. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşib və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçilib.

Qeyd edək ki, ötən ay Azərbaycanda 6 siyasi partiya fəaliyyətini dayandırıb. Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı