Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86011
az

İnsanları aldadaraq 50 min dollar alan falçı qadın tutuldu

09:2401 Aprel, 2023
984
CƏMİYYƏT
  • A
"Öngörücü" Şirvan sakinlərini aldadaraq 50 000 dollar və 15 000 manatını alıb. Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Bildirilib ki, martın 26-da Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 50 000 ABŞ dolları və 15 000 manat pulun oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları daxil olan məlumatla əlaqədar həmin ünvanda olublar və müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı isə həmin pulların oğurlanmadığı, Bakı şəhər sakini olan bir qadın tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyi müəyyən edilib. DİN-in Baş Cinayət Axtarış İdarəsinin və Şirvan ŞPŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Günəş Qasımova saxlanılaraq istintaqa təqdim olunub. Dindirilmə zamanı həmin qadın cinayət əməlini etiraf edib. Aparılan ilkin istintaq hərəkətləri zamanı məlum olub ki, G.Qasımova bir müddət əvvəl zərərçəkənin ailə üzvlərinin birinə öngörücü olduğunu bildirərək, iddia etdiyi kimi qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyi barədə vədlər verib və zərərçəkənlərin pullarını dələduzluq yolu ilə ələ keçirilib. Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
Xankəndi şəhərinin nəqliyyat planı hazırlanıb
SON DƏQİQƏ! Baş nazir qərar imzaladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb