Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

04 May 2024
Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir - Zelenski
03 May 2024
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
BÜTÜN XƏBƏRLƏR
85996
az

“Sinif yoldaşı ilə evlənməyinə razı idim, amma...”

20:4131 Mart, 2023
131
CƏMİYYƏT
  • A

"Vüqarın heç bir sənət dostu məni itirib-axtarmır. Xəstəyəm, ayaq barmaqlarım kəsilib. Bütün günü evdəyəm, asta-asta evin içində gəzirəm. Təzə-təzə gəlib-gedirdilər. Rəhmətlik öləndən sonra qapını bağlayıb getdilər. Həyatdır da. Bir az efirlərdə danışdılar, sonra hər şey dayandı. Heç kimdən nəsə ummuram, heç vaxt onlardan nəsə gözləmirəm. Şükür Allaha, heç nəyə ehtiyacım yoxdur. Əlbəttə ki, gəlsələr qapım onların üzünə hər zaman açıqdır. İstərdim ki, gəlib Vüqarın məzarı üstünə getsinlər, onun xatirəsini əziz tutsunlar. Vüqarın məzarı üstünə hər cümə axşamı gedib-gəlirəm. Bununla təskinlik, təsəlli tapıram"

OXU24.COM  xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur meyxanaçı Vüqar Biləcərinin atası Zakir Paşayev deyib.

"Heç vaxt pulla meyxana, qəzəl yazmayıb. Yalandan saytlarda yazıblar ki, Vüqar 20 manata meyxana yazıb. Bu ağ yalandır. Kimsə sifariş edibsə belə, Vüqar onlara hədiyyə kimi yazıb. O könül sevindirməyi xoşlayırdı. Hacı Şahin üçün dediyi meyxananı bu günlərdə dinlədim. Meyxananı elə deyib ki, elə bil sanki Hacı Şahini ölümündən sonra vəsf edir. Vüqar dindar, əli quranlı biri idi. Pis yola çəkdilər. Allah onu pis yola çəkənlərin evini yıxsın. Gedib 15 gün xəstəxanada yatdı, artıq gec idi. Dəfnində böyük izdiham yaşanmışdı. Pandemiya olmasaydı qapımıza 5-10 min adam yığılardı. Yutubda Vüqarın meyxanaları qarşıma çıxır, izləmirəm. Baxıram, sonra da ürəyim ağrıyır. Çalışıram ki, izləməyim, çünki pis oluram. Elə zənn edirəm ki, yanımdadır, nə vaxtsa gələcək. Qapı açılan kimi elə bilirəm bu dəqiqə Vüqar içəri girəcək. Mən itirdiyimi itirmişəm, ürəyim partlayır. Şəkilləri ilə danışıram" deyə meyxanaçının atası bildirib.

Zakir Paşayev Vüqarın valideynlərinə sevgisindən də danışıb.

"Vüqar ata-ana istəyən oğul idi. Onun yerini digər övladlarım vermir. O ayrı idi, ondan yox idi. Anası onun ölümündən sonra çox yaşamadı. O qədər çox sevirdi ki, anasını. Xəstə olduğunu biləndə ayaqlarından da öpürdü. Vüqar öləndən sonra adından istifadə edənlər də oldu. Gərək halallıq olsun. Evdəki əlyazmalarını, bir neçə qəzəllərini, külliyatını apardılar. Sevdiyi bir şəxs var idi. Sinif yoldaşı idi, nəsə onların münasibəti alınmadı. Vüqar əsəbi, hövsələsiz biri idi. Onunla evlənməyinə razılıq vermişdim, amma sonradan həyatında peyda olan xanımla evliliyinə razı deyildim. Heç anası da razı deyildi" deyə meyxanaçının atası bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil