Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85962
az

8 il sonra insanlar \"ölümsüz\" olacaqlar - Xərçəngə tutulmayacaqlar

23:0530 Mart, 2023
206
  • A

"Google"un keçmiş mühəndisi, amerikalı Rey Kurtzveyl sensassiyaya səbəb olacaq açıqlama verib.

OXU24.COM  xəbər verir ki, kompüter elmləri mühəndisi yaxın zamanlarda texnologiyanın sürətlə inkişaf edəcəyini və "Təklik" (süni intellektin insan zəkasından üstün olduğunu nöqteyi-nəzəri təsvir edən bir konsepsiya) adlanan vəziyyətin insanların əbədi yaşamasına kömək edəcəyini deyib:

"İnsanların səkkiz ildən sonra "ölümsüzlük" əldə edəcəyini proqnozlaşdırırıq. Nanotexnologiya və robototexnika sahəsindəki inkişaflar qocalmanın qarşısnı alan "nanobotlara" səbəb olacaq. Bu miniatür robotlar yaşlanma səbəbilə bədəndə parçalanan və zədələnmiş hüceyrələri, toxumaları bərpa edəcək. Bununla da, insanlar xərçəng kimi xəstəliyə qarşı güclü immunitet əldə edəcək və bu xəstəliyə tutulmayacaq".

Özünü həm də futurist (XX əsrin 10-20-ci illərində Avropa ədəbiyyatında avanqard cərəyan) adlandıran Rey Kurtzveyl, bu texnoloji yeniliyin artıq 2029-cu ildə testdən keçəcəyini bildirib.
Bunun üçün isə "Turing" testi tətbiq ediləcək. "Turing" bir texnologiyanı insandan fərqləndirmək üçün ekvivalent və ya çox ağıllı davranış nümayiş etdirmə qabiliyyətini ölçən testdir.

2045-ci ilə qədər isə yeni texnologiya tamlıqla hazır olacaq.

"21-ci əsrin ikinci onilliyində laboratoriyalarda yetişdirilən orqanları görürük. Növbəti səkkiz il ərzində qocalmanın qarşısını ala bilən nanobotları da görəcəyik. Beləliklə, insanlar xərçəng kimi ölümcül xəstəlikdən qorunacaqlar", - deyə Kurtzveyl bildirib

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlandı