Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85945
az

Əri ilə videosuna təhqir yazan izləyicisini polisə verdi

20:4430 Mart, 2023
156
CƏMİYYƏT
  • A

Bloqer Nagehan Abdullayeva instaqram səhifəsindəki paylaşımına şərh yazan izləyicisindən polisə şikayət edib.

“Qafqazinfo”nun məlumatına görə, o, ərizə ilə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, instaqramda şəkillərinin altından tanımadığı səhifələrdən nalayiq ifadələr yazıblar. Ərizə əsasında profillərin müəyyən edilməsi üçün DİN-də araşdırma aparılıb. 28 yaşlı Xanım Quliyevanın (şərti ad-soyad) ona qarşı nalayiq ifadələr işlətdiyi müəyyən edilib.

Məlum olub ki, izləyici Nagehanı Türkiyədə zəlzələ baş verən ərəfədə əyləncəli paylaşım etdiyi üçün təhqir edib. İzləyici zəlzələ nəticəsində minlərlə insanın öldüyü halda Nagehan Abdullayevanın əri ilə musiqi qoşub rəqs etdiyi görüntünü paylaşdığını deyib. Buna görə də X.Quliyeva ona qarşı nalayiq ifadələr işlətdiyini bildirib. Qadın əməlindən peşman olduğunu qeyd edib.

İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə Xanım Quliyeva barəsində inzibati protokol tərtib edilib. Protokola Nərimanov Rayon Məhkəməsində baxılıb. X.Quliyeva 100 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, əslən türkiyəli olan N. Abdullayeva azərbaycanlı bloqer Fərid Abdullayevlə ailəlidir. Cütlüyün iki övladı var. N. Abdullayevanın instaqram izləyicilərinin sayı 1 milyondan çoxdur. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
430 min manatdan artıq məbləği ələ keçirən şəxsin məhkəməsi başlayır
Sürücülərin nəzərinə: “Təmiz hava” aylığı başlayır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR