Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
Ukrayna Silahlı Qüvvələri Tokmaka Excalibur mərmisi ilə zərbə endirib, yaralılar var
Ukrayna lombardlara termal kamera və dronların satışını qadağan edib
Rusiya səfiri Almaniya hakimiyyətinin Ukraynaya silah ötürmək qərarını səhv adlandırıb
BÜTÜN XƏBƏRLƏR
85866
az

Özünü imam Mehdi kimi təqdim edən şəxsin məhkəməsində dava: proses təxirə salındı

17:1329 Mart, 2023
119
CƏMİYYƏT
  • A

Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

OXU24.COM Trend-ə istinadən xəbər verir ki, ifadə verən zərərçəkmiş Əli Quliyev bildirib ki, təqsirləndirilən şəxslə 2013-cü ildə qohumu Emin Həsənov vasitəsilə tanış olub: "Aqil Babayev dini söhbətləri ilə insanları ələ alırdı. Daha çox mövzular imam Mehdinin zühuru ilə bağlı idi. Onun dini savadı mənim diqqətimi çox çəkdi. Mənə dedi ki, günahlarının bağışlanması üçün zəkat verməlisən. Onun tapşırığı ilə hər ay zəkat verməyə başladım. Bundan əlavə, Ramazan aylarında fitrə, qurban bayramında pul, ad günlərində bahalı hədiyyələr alırdım. 2013-cü ildən 2021-ci ilə kimi hər ay minimum 150 manat olmaqla ümumilikdə 14 min 400 manat zəkat verdim. Onun yalanını 2021-ci ildə mömin qardaşlardan biri vasitəsilə bilmişəm. Mənə dedilər ki, o, zəkat pullarını mənimsəyib və din pərdəsi altında saxtakarlıq edərək hamımıza yalandan imam olduğunu deyib. 8 il ərzində mən Aqilin ideal insan olmasının şahidi olmuşam".

A.Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını söyləyib. Onun sözlərinə görə, zərəçəkmiş onunla qonşuluqda kirayədə yaşayıb: "Yaxın qaldığımıza görə, bizdə qonşuluq münasibətləri yaranmışdı. Həm də Əli texnologiyanı yaxşı bildiyinə görə, arada onu kompüter və telefonda problem yarananda həll etməkdə köməyə çağırırdım. Mən ondan heç bir zəkat tələb etməmişəm. Özü başqaları kimi pul toplayıb kiməsə verirdi".

Daha sonra prosesdə digər zərərçəkmiş qismində Azər Cəfərov ifadə verib. O bildirib ki, ibadətlə 18 yaşından məşğuldur: "Uşaqlıqdan bizim əqidəmizdə əhli-beyt imamlarına məhəbbət və imam Mehdinin intizarında olmaq arzusu olub. Mənim iki ali təhsilim var. Dini suallarıma əksər mollalar cavab verə bilmirdi. Sonra bu adamla məsciddə tanış oldum. Mütəmadi olaraq Aqil Babayevin təşkil etdiyi məclislərdə iştirak etmişəm. O, məni sanki ovsunladı və bütün suallarıma istədiyim cavabı aldım. Aqil çox kasıb yaşayıb".

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri ilə zərərçəkmişlər arasında yaşanan mübahisənin davaya çevrilməsi səbəbindən proses təxirə salınıb.

Məhkəmənin növbəti iclası aprelin 5-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.

İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsilə paylanıldığı görüntüsü yaradıb.

Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. A.Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

O, "Şaurma N1" restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

MURDARÇA : çox yerdə bilinməyən faydaları
Bu yarış selə görə təxirə salındı
Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi