Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85862
az

Nazir Ali Sovetin sabiq sədrinin qardaşı oğluna vəzifə verdi - FOTO

15:1229 Mart, 2023
115
CƏMİYYƏT
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (TSEK) İdarə Heyətinin sədrinə yeni müavini təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə bu vəzifəyə Məmmədov Vüqar Qurban oğlu təyin olunub.

Qeyd edək ki, Vüqar Məmmədov sabiq millət vəkili, Ali Sovetin (hazırkı Milli Məclis) keçmiş sədri Yaqub Məmmədovun qardaşı Qurban Məmmədovun oğludur. O, Dünya Tibbi Hüquq Assosiasiyasının (ABŞ) birinci vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasiyasının (Norveç) vitse-prezidenti, YUNESKO-nun və Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin eksperti, bir sıra digər nüfuzlu beynəlxalq hüquq müdafiəsi təşkilatının üzvüdür.

O, 9 fevral 2020-ci ildə növbədənkənar parlament seçkilərində 22 saylı Nəsimi II seçki dairəsindən deputatlığa namizəd, 2005-2011-ci illərdə İTV və AzTV-də həftəlik sağlamlıq proqramlarının müəllifi və aparıcısı olub.

Yaqub Məmmədov 5 mart - 18 may 1992-ci il tarixlərində Ali Sovetin sədri olub, 6 mart - 14 may 1992-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib. O, Ali Sovetin sədri vəzifəsində Elmira Qafarovanı əvəzləyib. Yerinə isə İsa Qəmbər gəlib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XƏBƏRDARLIQ: Sabahın havası narahatlıq yaradacaq
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü