Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85858
az

SON DƏQİQƏ: Tanınmış polkovnikin oğlu SAXLANILDI - FOTO

14:1029 Mart, 2023
138
CƏMİYYƏT
  • A

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu Cavidan İsmayılzadə saxlanılıb.

OXU24.COM  "Qafqazinfo"ya istinadən bildirir ki, 1990-cı il təvəllüdlü İsmayılzadə Cavidan İlham oğlu İnterpol xətti ilə Çexiyada tutulub. Hazırda həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İlham İsmayıl saytımıza açıqlamasında bildirib ki, oğlunun sərhəddə sənədlə bağlı problemi yaranıb: "Hazırda vəkili problemi həll edir".

Qeyd edək ki, C. İsmayılzadə barəsində Azərbaycanda 2016-cı ildə cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunub. Belə ki, Cavidanın tanınmış şəxslərin etimadını qazanaraq, iş qurmaq adı ilə 970 min avro pulu mənimsədiyi iddia edilib. Həmin ərəfədə o, Almaniyada olub. Buna görə də İnterpol axtarışına verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR