Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85459
az

Yaxşı immunitet üçün 5 əsas şərt

22:2824 Mart, 2023
113
CƏMİYYƏT
  • A

Bədənin immun sistemi payız və qış aylarında ciddi stresslə üzləşir. Çünki ilin bu dövründə infeksiya riski artır.

OXU24.COM "Medicina"ya istinadən xəbər verir ki, bu arada, immunitet sistemini gücləndirmək üçün elmi cəhətdən sübut edilmiş ən azı beş üsul var.

Daimi, orta, intensiv idman istənilən yaşda immunitet sistemini gücləndirə bilər. İdman hərəkətləri bədəndə iltihabı azaldır, limfa drenajını dəstəkləyir.
Stress hormonlarının intensivliyini aşağı salır və yuxunu yaxşılaşdırır.
Ümumiyyətlə müntəzəm məşq "köhnə" və "gənc" immun hüceyrələrin daha yaxşı tərkibinə və təkmilləşdirilmiş immun nəzarətinə gətirib çıxarır.

Lakin tədqiqatlar göstərir ki, intensiv məşqlər immun sisitemini zəiflədə bilər. Yuxarı tənəffüs orqanları yollarının iltihabının artmasına səbəb ola bilər.

Tam yuxu insan orqanizmi üçün önəmlidir. Çünki insan orqanizmi yuxu zamanı regenerasiya proseslərinə başlayır, beyni potensial toksinlərdən təmizləyir.

Tübingen Universitetinin alimləri sağlam yuxunun immunitet sisteminin yaxşı işləməsi üçün vacib olduğunu bildiriblər.

Mütəxəssislərin fikrincə, kifayət qədər yuxu olmadan sinir sistemi immun reaksiya üçün vacib olan bütün mesajları ötürə bilməz.

Probiotik məhsulları müntəzəm istifadə etdikdə sağlamlığınızı yaxşılaşdıra bilərsiniz. Turşu kələm, kimçi və qatıq kimi probiyotikləri (mayalanmış) olan qidaların immunitet sistemini gücləndirməyə kömək etdiyi sübut edilmişdir. Probiyotiklər bağırsaqda məskunlaşan və bağırsaq florasının balansına faydalı təsir göstərən "yaxşı" bakteriyalardır.

Adətən payızda təzə bitki qidaları qəbul etməklə orqanizmdə C, D vitaminlərini və sinki bərpa edə bilərsiz. Xüsusilə alma, portağal, limon və bibərdə bol olan C vitamini orqanizmə lazımdır. C vitamininin qəbulunun soyuqdəymə müddətini qısaltmağa və onun simptomlarını azaltmağa kömək etdiyinə dair sübutlar var.

Çünki D vitamininə immunitet sisteminə yeni qoruyucu hüceyrələr istehsal etməyə kömək edir və sink onların funksiyasını dəstəkləyir - bu maddələr yaxşı toxunulmazlıq üçün də çox vacibdir. Bədəndə onların varlığını qan testi ilə yoxlaya bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən zərərli tərəvəzin adı açıqlandı
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib