Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85450
az

Bakının havasında dəm qazının miqdarı normanı 1.6 dəfə ötüb

19:4724 Mart, 2023
183
CƏMİYYƏT
  • A

Bakının havasında dəm qazının miqdarı normanı 1.6 dəfə ötüb.

Bu barədə OXU24.COM-A Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Qeyd edilir ki atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir:

“Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.6, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1.1, Sumqayıt şəhərində 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə ilə dənizçilərin diplomları qarşılıqlı tanınacaq
Boşanmaq istəyənlər 15 dollar ödəyəcək – Yeni qanun
Cavanşir körpüsündə son vəziyyət