Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85011
az

Qaraciyəri Piyləndirən Budur! - İnsanların 90%-i Bunu Bilmir

22:5016 Mart, 2023
616
CƏMİYYƏT
  • A

Son illər şəkər xəstəliyi kimi, qaraciyər yağlanması da getdikcə artmaqdadır.  Əvvəllər bu xəstəlik 40-50 yaşdan sonra insanlarda müşahidə edilirdisə, indi hətta 8-9 yaşlı uşaqlarda da qaraciyər yağlanmasına rast gəlirik. Bunun səbəbi isə birbaşa yediyimiz qidalarla bağlıdır. Bəs Qaraciyərimizə zərər vuran qidalar hansılardır? Videomuza diqqətlə baxın. Həmin qidları siz də tanıyın. 
---------

Qaraciyər yağlanması səssiz-sədasız irəliləyir və sağlamlığımıza ciddi zərər vurur. ABŞ-da aparılan bir araşdırma 30-40 yaş arasında olan, ilk baxışdan normal çəkiyə malik insanların 35-40%-də qaraciyər yağlanması  və insulin müqaviməti olduğunu aşkarlanıb. Yəni yaş və çəki artdıqca bu göstərici də ona paralel olaraq, yüksəlməkdədir. 
 Qaraciyər yağlanması bir xəstəlikdən ziyadə,  həyat tərzimizdən, xüsusilə, qidalanmamızdan qaynaqlanan metabolik pozulmadır. Qaraciyər yağlanması aldığımız artıq kalorilərin yağa çevrilərək ən böyük daxili orqanımızda  yığılmasıdır.  Zaman keçdikcə, yağlanma artır, qaraciyərin funksiyasına mənfi təsir edir. Tibbdə bu duruma “alkoqolla əlaqəli olmayan yağlı qaraciyər xəstəliyi” deyilir.  Qaraciyər yağlanması müalicə edilmədiyi və irəlilədiyi təqdirdə, zamanla qaraciyərdə hepatitə və sirroza, hətta qaraciyər xərçənginə gətirib çıxara bilir. 
 Qaraciyər yağlanmasının etaplarını göstərən bu rəsmdə, göründüyü kimi, ikinci etap, adətən, müalicə edilə bilir. 3-cü mərhələ tam olaraq müalicə edilməsə belə, vəziyyəti nisbətən düzəltmək mümkündür. Dördüncü etap artıq sirrozun başlanğıcıdır və geri dönüşü yoxdur... 
 Qaraciyər yağlanmasına səbəb olan faktorlar, eyni zamanda, insulin müqavimətinə və şəkər xəstəliyinə də yol açır. Yekunda da qarşımıza ateroskleroz və ürək-damar xəstəlikləri çıxır. Şəkər xəstəliyi ilə qaraciyər yağlanması, əksər hallarda, iç-içə irəliləyir.  Və cavabsız sual bu olur:  sizi öldürən sirroz, şəkər, yoxsa ürək-damar xəstəlikləri olacaq? Amansız görünsə də, həqiqət budur... 
 Qaraciyər yağlanmasının müalicəsi üçün, əvvəlcə, onun əmələgəlmə səbəblərini anlamalıyıq. Bayaq qeyd etdiyim kimi, qaraciyər yağlanması aldığımız artıq kalorilərin yağa çevrilərək orqanda yığılmasıdır. Bu artıq kalorilər şəkər və karbohidratlardan, heyvan mənşəli yağlardan və proteinlərdən əldə edilir. Qaraciyər yağlanmasına səbəb olan qidalar bunlardır: 
Şəkər. İstifadə etdiyimiz şəkərin 2 molekuldan –qlükoza və fruktozadan  ibarət olduğunu bilməyən yoxdur. Qlükoza hüceyrələrimizin “enerji yanacağı”dır. Amma şəkərin fruktoza qismi metabolizmamız tərəfindən enerji mənbəyi kimi istifadə edilmir.  Fruktoza istifadə edilmədən birbaşa qaraciyərə gedir, burda yağa çevrilir. Şəkər mövzusu açılmışkən,  hazırda dünyada qida sənayesində geniş istifadə edilən qarğıdalı siropu şəkərdən daha zərərlidir. Amma burda yeganə günahkar şəkər deyil. 
Bir az əvvəl qeyd etdiyim kimi, həddən artıq yeyilən yağların da qaraciyərin yağlanmasında payı var.  Bir daha təkrar edirəm: artıq qəbul edilən kalori yağa çevrilir və qaraciyərdə yığılır. 
Bayaq dediyim kimi, qaraciyər yağlanması bizim həyat tərzimizdən, qidalanmamızdan qaynaqlanır. Əgər həyat tərzimizi və yemək vərdişimizi dəyişməsək, qaraciyər yağlanması getdikcə artar. Yağlanma irəlilədikcə qarciyər  hüceyrələrinin funksiyası pozulur; işlərini lazımınca yerinə yetirə bilmirlər.  
Qaraciyər yağlanmasının ilk əlaməti qanda ALT və AST dəyərlərinin yüksəlməsidir. Bu maddələr qaraciyər hüceyrələrindəki xəsarəti göstərir. Digər yandan, qaraciyərin ultrasəs müayinəsi də qaraciyər yağlanmasını dəqiqləşdirir. Qaraciyərin yağ depolamasının bir sərhəddi vardır.  Bir müddət sonra yağlanma sərhədə çatır.  Və  artıq yağlar triqliseridlər olaraq qana qarışmağa başlayır. Qan analizi triqliserid miqdarının yüksəkliyini aşkar edir. 
Qaraciyər yağlanmasının bir zərəri də yağlanan hüceyrələrin insulinə qarşı həssaslıqlarının azalmasıdır. Yəni, qaraciyərdə insulin müqaviməti inkişaf edir. Zamanla vəziyyət daha da pisləşir; şəkər xəstəliyi  əmələ gəlir. 
Bəs, vəziyyəti düzəltmək mümkündürmü? Əgər qarşısıalınmaz mərhələyə çatmayıbsa, lazımi tədbirlərlə qaraciyərdə yağlanmanı azaltmaq olar. Bir şeyi təkrarlayım: “Uyğun şərait yaradıldıqda insan orqanizminin özünü təmir etmək və özünü müalicə etmək kimi fövqəladə bir bacarığı vardır”. 
Bu şəraiti hazırlamaq üçün: 
-şəkər və şirniyyatlardan uzaq durun; 
-şəkərlə zəngin atışdırmalıqları qəbul etməyin; 
-tərkibində qarğıdalı siropu olan hazır qida və şirniyyatları almayın; 
-heyvan mənşəli yağları qəbul etməyin: xüsusilə, yağlı qırmızı ət, yarımfabrikatlar, süd, yumurta pendir, kərə yağı, bitki yağlarından uzaq durun; 
-lifli tərəvəzlərə və salatlara üstünlük verin; 
-brokoli, kələm, gül kələmi, ispanaq və hər cür göyərtiləri rasionunuza daxil edin; 
-gün ərzində yumruğunuz boyda meyvə yeyin; 
-dənli bitkiləri çox yeyin;

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı