Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84895
az

Bakıda yaşayanların DİQQƏTİNƏ-12 rayonunda 2040-cı ilədək...

19:5315 Mart, 2023
1137
CƏMİYYƏT
  • A

"Bakı və Abşeron yarımadasında problem odur ki, əhali sıxlığı çoxdur. Qeyri-rəsmi rəqəmlərdə əhalinin sayı 3 milyonu da keçib. Dünyada qəbul olunan standartlar isə onu deyir ki, adam başına 8 kvadrat metr yaşıllıq ərazi olmalıdır. Bu səbəbdən Bakının əhalisinə görə yaşıllıq o qədər də çox deyil".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib.

O, əlavə edib ki, bütün bunlara baxmayaraq, dövlət tərəfindən və özəl sektorun təşəbbüsü ilə müxtəlif layihələr həyata keçirilir:

 

"Yaşıllıq ərazilərin artırılması üçün müəyyən işlər görülür. Lakin buna illər lazımdır. Bakının Baş Planı da hazırlanıb hökumətə təqdim olunmalıdır. Bu planda "Qara şəhər" adlandırılan ərazidəki bağlanan sənayə müəssislərinin yerində yaşıllıq ərazilərin salınması nəzərdə tutulub. Bakının 12 rayonundan təkliflər gəlib və hər birinin ərazisində yaşıllıqların salınması planlaşdırılıb. 2040-cı ilə qədər həmin ərazilərin yaşıllaşdırılması ilə əhalinin minimum tələbatı yerinə yetirilsin.

Bakıda əhalinin çoxluğu ilə əlaqədar binaların sayı da artır. Artıq bina tikintisi zamanı tələblər qoyulur ki, 1 hektar əraizidə ən azı 30 faiz yaşıllıq olmalıdır. Digər tərəfdən Bakının ətrafında da müəyyən işlər görülür. Bakının yarısını təşkil edən Qaradağ rayonunda minlərlə hektar ərazidə yaşıllıqlar salına bilər. Bununla bağlı hökumət səviyyəsində qərar verilib və işlərin görülməsi planlaşdırılıb.

Eyni zamanda Bakının mərkəzində yerləşən Nəsimi və Yasamal rayonlarında yaşıllıq salınması üçün yer yoxdur. Lakin buna baxmayaraq, kiçik parklar var və gələcəkdə bu parkların ərazisinin genişləndirilməsi ola bilər".

 

İctimai Şuranın sədri bildirib ki, Bakının ekoloji problemlərindən biri də avtomobil parkıdır: "Ölkə üzrə avtomobillərin çoxu Bakıya cəmləşib. Bu da atmosferin çirklənməsinə təsir edir. Məlum problemin həlli istiqamətində hibrid avtomobillərin satışını stimullaşdırmaq məqsədilə gömrük rüsumlarında güzəştlər edildi. Məhz bundan sonra ölkədə hibrid avtomobillərin sayı artdı".

Amin Məmmədov Bakıda əkiləcək ağacların su mənbələri ilə bağlı da problemlər yaşandığını önə çəkib:

"Abşeron quraq ərazidir və ağacların suvarılması məsələsi problem ola bilər. Bununla bağlı da müəyyən xarici şirkətlərlə danışıqlar aparılıb və gələcəkdə məişət tullantı sularının təmizlənərək texniki su səviyyəsinə gətirilməsi, ağacların suvarılmasında istifadəsi nəzərdən keçirilir. Bakıya gələn Oğuz-Qəbələ və Samur-Abşeron suyu içməli suda istifadə olunur. Bu layihənin həyata keçməsi ilə içməli suyun ağacların suvarılmasında istifadəsinin qarşısını almaq olar".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AQTA dönərdən zəhərlənmənin səbəbini açıqladı
Hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq
Dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR