Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8484
az

Səhər yeməkdən əvvəl su içməyin faydaları

19:4302 Yanvar, 2019
1055
CƏMİYYƏT
  • A
 Bədənimizin böyük bir hissəsi sudan ibarətdir.
Əzələlərimizin 75, beynimizin 90, sümüklərimizin 22, qanımızın 83 faizi sudan ibarətdir. Alimlər daim ac qarınına su içməyin faydalı olduğunu deyir.

Bəs bu fayda nədən ibarətdir?

Oxu24.com Publika.az-a istinadən bu faydaları təqdim edir:

Səhər yeməyindən əvvəl 1-2 stəkan su içmək bədəndəki toksiki və ehtiyac olmayan maddələrdən xilas olmaq üçün idealdır. Beləliklə günə başlayanda su içmək metobolizmanı gücləndirir və xəstəliklərdən qoruyur.

Gecə boyu bədənimiz hüceyrələrini təmir edir və özünü yeniləyir. Buna görə səhərlər ac qarnına su içmək artıq maddələrin sidik vasitəsilə bədəndən çıxması üçün faydalıdır.

Ac qarnına su içmək spirt, tütün, kirlilik və pis qidalanma ilə əlaqədar bədənimizə daxil olan zərərli maddələrin təsirini azaldır.

Su dərimizin ən yaxşı dostlarındandır. Dərimizin sağlam və gözəl olması üçün ac qarnına su içmək faydalıdır. Hər səhər ac qarnına 2 stəkan su içmək dərimizə elastiklik verər, gərginlik və qocalmadan qoruyar.

Səhər ac qarnına su içmək orqanlarımızın su ehtiyacını qarşılayar və sağlam işləməsinə kömək edər.

Ac qarnına 2-3 stəkan su içmək arıqlamağa köməklik edər. Su bədəndəki toksiki maddələri atmaqla yanaşı, yağ və kalori yandırmağa da kömək edər. Eyni zamanda aclıq hissini azaldır.

Səhərlər su içmək limfa vəzləri və bağırsaqları infeksiyalardan qoruyur.

Ac qarına ilıq su içmək günə enerji ilə başlamağa kömək edir. Bu, həmçinin yorğunluğu aradan qaldırar.

Səhər yeməyindən əvvəl su içmək bağırsaqların fəaliyyətini canlandırır, qəbizliyə qarşı yaxşı təsir göstərir.

Qastrit və buna oxşar problemlərdən əziyyət çəkirsinizsə, su sizin ən yaxşı köməkçiniz olar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı