Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84743
az

ŞƏHİD ABASOV AĞABABA SƏFƏR OĞLUNUN DOĞUM GÜNÜDÜR

14:1514 Mart, 2023
136
CƏMİYYƏT
  • A

Abasov Ağababa Səfər oğlu 2002-ci ilin martın 14-də Şabranın Uzunboyad kəndində anadan olub.

O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında oxumaq istəsə də, qabiliyyət imtahanından kəsilmişdi. Bundan sonra Quba Dövlət Sosial-İqtisadi Kollecinə qəbul olunmuşdu. Təhsilini əsgərlikdən qayıtdıqdan sonra davam etdirmək arzusunda idi.Ağababa uşaqlıqdan idmanla məşğul olduğuna görə, yüksək fiziki göstəricilərə malik idi. Məhz bu səbədənhərbi xidmətdə kəşfiyyatçı seçilmişdi. Şəhidin atası Səfər Abasov bildirir ki, Ağababa 2019-cu aprel ayında hərbi xidmətə yollanmışdı.“Beş aya yaxın əsgərlikdə idi. Kəşfiyyatçı kimi xidmət edirdi. Sentyabrın 19-da Ağcabədiyə, yanına getmişdim. Təlimlərə cəlb olunmuşdu. Müharibə başlayandan bir gün əvvəl evə zəng etdi. Bildirdi ki, kəşfiyyata gedəcək, ondan narahat olmayaq. Əslində isə Füzuli cəbhəsinə gedirmiş. Sentyabrın 29-da dedilər ki, kəndə şəhid gəlir. Kim olduğunu bilmirdik. Sonra yerli icra orqanlarının nümayəndəsi gəlib, xəbər verdi ki, şəhid olan oğlum Ağababadır. O, kənd uşaqlarına deyibmiş ki, mənim də xatirəmi Şəhidlər xiyabanında əbədiləşdirərsiniz. Anasına bildirmişdi ki, səni tələbə, əsgər anası etmişəm, şəhid anası adını da daşıyacaqsan. Döyüşlər başlayanda da düşmənin üzərinə birinci atılan həmlə qrupunda olub. Yanında mərmi partlaması nəticəsində şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - şəhidin atası deyir.Şəhidin anası Firəngiz Abasova deyir: “Ölümündən on gün qabaq görüşmüşdük. Bizə fəxrlə təşəkkürnamə aldığını, manqa başçısı təyin olunduğunu bildirmişdi. Mərd, vətənpərvər övlad idi. Heç kimə övlad acısı arzulamıram. Çox ağır yükdür. Amma qürurluyam, çünki oğlum Vətən uğrunda şəhid olub”.Evin sonbeşiyi olan Ağababanın bir qardaşı və bir bacısı var. “Yoxluğu ilə barışa bilmirəm. Qardaşım üçün çox darıxıram. Ağababa hərbi xidmətə yollananda mənə dedi ki, "bacı, mən əsgər gedirəm, hər şey ola bilər. Mənim üçün üzülməyin". Bildirdi ki, Vətən uğrunda şəhid olmaq ona xoş olar. İndi də tez-tez yuxuma girir. Deyir ki, “bacı, mənim üçün ağlamayın. Mən ölməmişəm”. Mən qürur duyuram ki, qardaşım vətənpərvər və cəsur oğlan idi. Ağababa Vətən uğrunda canından keçməyə hazır olduğunu göstərdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”,- deyə şəhidin bacısı Rəmziyyə Teymurova söyləyib.Ağababa Abasov Uzunboyad kənd qəbristanlığında dəfn olunub. Xatırladaq ki, bu kənd Vətən müharibəsində üç şəhid verib.Qəhrəman döyüşçü ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, "İgidliyə görə" və Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avtomobillərdən bank kartları oğurlamaqda şübhəli bilinən şəxs tutuldu - VİDEO
29 müəssisədə nöqsanlar aşkarlandı
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO