Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84578
az

Onlar tabe olmur, tabe etdirirlər! – Ən hegemon 5 BÜRC

13:0613 Mart, 2023
121
CƏMİYYƏT
  • A

Sevgi münasibətlərində davamlılıq tərəflərin bir-birinə anlayışla davranması, bütün məsələlərdə ortaq məxrəcə gəlinməsi ilə olur. Lakin bəzi cütlüklərdə bu alınmır. Çünki partnyorlardan biri hər şeyin ancaq öz istədiyi kimi olmasını istəyir və tələb edir. Bu tip insanlar empatiya qurmağı bacarmırlar və hər zaman idarə edən tərəf olmaq istəyirlər. Dominantlıq isə çox zaman münasibətlərin yarıda qalmasına səbəb olur.

Astrologiyaya görə ikili münasibətlərdə ancaq öz istədiklərinin olmasını istəyən, hegemon, dominant insanlar əsasən 5 bürc altında dünyaya gəlir.

OXU24.COM həmin bürcləri oxuclarının diqqətinə çatdırır:

QOÇ

Zodiakın ən dominant bürcü olan Qoç münasibətlərdə də ancaq öz istədiyinin olmasını istəyir. Onlar üçün qarşı tərəfin fikri elə də önəm daşımır. Sevgilisinin və ya həyat yoldaşının onunla razılaşmadığını görən Qoç bürcü insanları çox əsəbi olur və qəlb qırırlar. Onlar qarşı tərəfə öz istədiklərini yeridə bilmədiklərini gördükdə soyuq davranmağa başlayır və bir müddət sonra münasibəti sonlandırırlar.

BUĞA

Buğa bürcü insanları çox rahat və anlayışlı təsir bağışlasalar da onlar Qoçlar kimi dominantdırlar. Buğalara görə özləri hər şeyin ən yaxşısını və düzünü bilirlər, qarşı tərəf mütləq onun dediyini etməli və onunla hesablaşmalıdır. Sevdikləri insanları özlərinə tabe edə bilmədikdə Buğa bürcü insanları çox aqressiv və zorba olurlar.
Ətraflı

ŞİR

Şirlər dominant, iddialı və çox cəsarətlidir. Onlar insanlara əmr verməyi xoşlayırlar. Dominant Şir bürcü insanları yaxşı idarəçilik bacarığına sahib olurlar. Sevgi münasibətlərində isə öz başlarına hərəkət etməyi sevirlər. Onlar qarşı tərəfə heç vaxt tabe olmurlar, tabe etdirirlər, onlarla hesablaşmaq isə heç də asan olmur.

QIZ

Qız bürcü insanlarında hər şeyə nəzarət etmək ehtirası var. Onlar hər şeyin öz istədikləri kimi olmasını tələb edirlər. Həyatlarına aldıqları insanlara əmrlər verməyi normal hesab edirlər. Bu durum da onların sevgi münasibətlərinin uzun zaman davam etməməsinə səbəb olur. Çünki davamlı əmrlərdən və tabe olmaqdan bezən qarşı tərəf çarəni qaçmaqda görür.

OĞLAQ

Oğlaqlar sevgi münasibətlərində ilk vaxtlarda çox mülayim davranırlar. Lakin bir müddətdən sonra hökmranlıq etməyə başlayırlar. Qarşı tərəfin hər qərarına, hər fikrinə qarışır, hətta əngəl olmağa belə çalışırlar. Oğlaq bürcü insanlarına görə qarşı tərəf onların dediyi ilə oturub dursa, mütləq xeyir tapacaq. Lakin bununla qarşı tərəfin səbrini sınadıqlarını anlamırlar. Dominantlıq və mənəm-mənəmlik onların da tək qalmasına səbəb ola bilir.

Əkizlər, Xərçəng, Tərəzi, Əqrəb, Oxatan, Dolça və Balıqlar heç vaxt tam dominant ola bilmirlər. Onlar bütün qərarlarında qarşı tərəflə hesablaşır və birgə qərar verməyə çalışırla

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO
ABŞ və NATO hücumda: Krım planı iflasa uğradı
Faşizm üzərində qələbədən 79 il ötür

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO