Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84495
az

Azərbaycan ictimaiyyətinə ağır itki baş verdi

11:1712 Mart, 2023
1432
CƏMİYYƏT
  • A

Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Eldar Mehralı oğlu Qocayev dünyasını dəyişib.

Qocayev Eldar Mehralı oğlu 1944-cü il dekabr ayının 10-da anadan olub. 1962-ci ildə Qərbi Azərbaycanın İcevan rayonunun Polad kənd orta məktəbini bitirib.

1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakultəsində təhsil alıb. 1967-72–ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda işləyib, 1972-ci ildə həmin institutda mürəkkəb yarımkeçiricilərin alınması və elektrofiziki xassələrinin tədqiqinə həsr edilmiş namizədlik dissertasiyasını, 1985-ci ildə isə institutda doktorluq dissertasiyasını müdafiə edib.

1987-ci ildə fizika üzrə professor adını alıb.

1973-90-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlayıb.1976-cı ildə inistitun Fizika kafedrasının yaradılmasında fəal iştirak edərək 1990-cı ilə qədər həmin kafedraya rəhbərlik edib. Onun rəhbərliyi ilə kafedranın nəzdində ən müasir tədqiqat işləri aparmağa imkan verən elmi-tədqiqat və tədris laboratoriyaları yaradılıb və həmin dövrdə 3 elmlər namizədi hazırlayıb. Həmin alimlər halhazırda Sumqayıt Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışırlar.

1987-90-cı illərdə Sumqayıt filialının elmi və tədris işləri üzrə prorektoru, 1989-cu ildə isə rektor əvəzi işləyib.

Sumqayıt şəhərində işlədiyi dövrdə yeni ixtisasların açılmasında, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görüb. İşdə göstərdiyi xüsusi xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülüb.

1990-97-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ixtisaslaşmış fakultənin dekanı işləyib.

1997-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Fizika kafedrasının müdiri seçilib və 2021-ci ilin fevral ayaına qədər həmin kafedraya rəhbərlik edib.

Onun rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru,1 texnika elmləri doktoru və 1 pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. Halhazırda 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəridir.

Struktur dəyişikliyi ilə əlaqədar AzTU Elmi Şurasının 09.02.2021-ci il tarixli qərarı ilə universitedə Elektronika və Fizika kafedraları birləşib və yeni kafedra – Mühəndis fizikası və elektronika kafedrsı yaradılıb, həmin kafedraya rəhbərlik Eldar Qocayevə həvalə edilib.

Fizika sahəsində 530-dan artıq elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün "Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqalələri xarici ölkələrin nüfuzlu jurnallarında çap olunub.

2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

 

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnanılmaz faydaları ilə - ƏVƏLİK haqqında HƏR ŞEY!
Nasaz maşın Heydər Əliyev prospektində sıxlıq yaratdı
İsmayıllıda ev, Lənkəranda maşın yandı

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 10 min manatlıq daş kəsən mişar oğurlayanlar saxlanıldı