Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84431
az

"Sanki ölkəmizdə nüfuzlu din xadimlərinin olmasını istəmirik" - Qüdrət Həsənquliyev

19:4411 Mart, 2023
86
CƏMİYYƏT
  • A

Belə insanların həyatı gənclərə bir örnək olmalıdır". "Kütləvi şəkildə onun qəbrinin ziyarət olunmasından narahat olmağa dəyməz".

 OXU24.COM xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev  Moderator.az -ın sualını cavablandırarkən deyib.

- Qüdrət bəy, sosial şəbəkələrdə Hacı Şahinin dəfninə çoxlu insanların gəlməsindən, onun qəbrinin kütləvi ziyarət olunmasından sanki bəzi insanların narahatlıq keçirdiyi hiss olunur. Bu məsələyə sizin münasibətinizi bilmək istərdik.


- Din insanları pis əməllərdən çəkinməyə, xeyirxahlığa çağırır. Ona görə inanclı insanlar cəmiyyətin daha ədalətli və humanist olmasına ciddi töfhə verir. Amma insanlar sosial ədalətsizlikdən əziyyət çəkməsi səbəbindən, məmur özbaşınalığından qorunmaq üçün Allaha tapınırlarsa, yaxud siyasi məqsədlər naminə dinə gəlirlərlərsə bu bizi ciddi narahat etməlidir. Təəssüf ki, qeyd etdiyim səbəblərdən dinə gələnlərin sayı da kifayət qədərdir. Hacı Şahinə Allah rəhmət eləsin, onun vaxtsız ölümü xalqımızı xeyli kədərləndirdi. O xalqını və dövlətini sevən, ona sədaqətlə xidmət edən, xarici dairələrin əlində oyuncaq olmayan din xadimi idi. Onun dini bilikləri yetərincə idi, güclü məntiqə sahib idi. Yaxşı natiq, insanları yormayan, onların ruhunu sakitləşdirən səsə malik idi. Kin-küdurətdən uzaq bir şəxs idi. Dinin dövlətdən uzaq olmasını istəyirdi, dünyəvi dövlət tərəfdarı idi. O ətrafında olan, ona inanan insanlardan siyasi məqsədlər üçün istifadə olunmasına, siyasi proseslərə cəlb olunmasına imkan vermirdi, çünki bilirdi ki, din siyasətlə birləşəndə və səhv siyasi qərarlar qəbul olunanda (bu ehtimal isə həmişə var) din də gözdən salınır, insanların hər şeyə, o cümlədən ali mənəvi dəyərlərə də inamı itir. İranın nümunəsi gözümüz önündədir. Bu mövqeyinə görə onun barəsində müxtəlif xarici dövlətlərə işləyən və onun nüfuzundan qorxan, paxıllıq edən şəxslər tərəfindən şaiyələr yayılırdı, amma təmiz və xalqımıza bağlı olduğundan heç nə ona yapışmırdı. Hacı Şahin təmiz və qayğıkeş insan imici qazanmışdı. Onu xalqa sevdirən də bu keyfiyyətləri idi. Bu baxımdan belə insanların həyatı gənclərə bir örnək olmalıdır. Kütləvi şəkildə onun qəbrinin ziyarət olunmasından narahat olmağa dəyməz. Dünyanın heç bir ölkəsində bizdəki qədər din xadimləri əsassız hücumlara məruz qalmır. Sanki ölkəmizdə nüfuzlu din xadimlərinin olmasını istəmirik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü