Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84308
az

"Azərbaycanla aramızda etibarlı tərəfdaşlıq mövcuddur"

16:5110 Mart, 2023
71
CƏMİYYƏT
  • A

Azərbaycanla olan əlaqələrimiz yalnız enerji məsələsində deyil, aramızda etibarlı tərəfdaşlıq mövcuddur.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın sabiq xarici işlər naziri Ekatirina Zaharieva X Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclası zamanı deyib.

O qeyd edib ki, Azərbaycan bütün Avropa üçün etibarlı və təhlükəsiz tərəfdaşdır.

"Biz Azərbaycanın təcrübələrini öyrənməliyik. Onlar yalnız neft, qaza yox, bərpa olunan enerjiyə də sərmaya qoyurlar. Biz bunu da öyrənməliyik. Azərbaycan və Bolqarıstan arasındakı əməkdaşlıq gözəl nəticələr verir", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
Mütəxəssislər xəbərdarlıq edir: Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ