Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84271
az

Usubovun qardaşı oğlu işdən çıxarıldı, Zalovun kürəkəni gətirildi

10:4210 Mart, 2023
219
CƏMİYYƏT
  • A
Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikmət Usubov işdən çıxarılıb.
 
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Hikmət Usubov işdən azad edilərək sərəncama götürülüb.
 
 
Nazirin digər əmri ilə sözügedən vəzifəyə Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Əşrəf Allahyarov təyin edilib.
 
Qeyd edək ki, hər iki polis zabiti yüksək vəzifəli şəxslərin qohumudur. Hikmət Usubov sabiq daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu, Əşrəf Allahyarov isə daxili işlər nazirinin keçmiş müavini Oruc Zalovun kürəkənidir.
 
Xatırladaq ki, general-leytenant Oruc Zalov ötən ilin dekabrında təqaüdə göndərilib. O, 1998-2022-ci illərdə nazir müavini olub. 1994-2019-cu illərdə daxili işlər naziri olan Ramil Usubov isə hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibidir.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bir zənglə kartdakı yeddi min manatı ƏLƏ KEÇİRDİ
Əli Əsədov belaruslu həmkarı ilə müzakirələr apardı
Smartfonlarla bağlı QORXULU AÇIQLAMA:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı