Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84224
az

Rusiya-Azərbaycan sərhədində nə baş verir? - AÇIQLAMA

20:2509 Mart, 2023
889
CƏMİYYƏT
  • A

Rusiya yüklərin daşınması üçün nəzərdə tutulan Gürcüstanla sərhəddə yerləşən Yuxarı Lars keçid məntəqəsini bağlamağa hazırlaşır.

Oxu24.com Rusiya mediasına istinadən xəbər  verir  ki,  keçidin  bağlanmasına  səbəb məntəqənin infrastrukturunun yenidən qurulmasıdır.

Rusiya tərəfi təmir işlərinə martın 13-də başlamağa hazırlaşır: Yuxarı Larsın  işinin bərpası noyabr ayına qədər təxirə salına bilər.

Yük sektorundakı mənbələr bildirirlər ki, keçid məntəqəsinin bağlanması regionun nəqliyyat və logistika sektorunda problemləri daha da dərinləşdirə bilər.

Artıq son günlər sərhəd-keçid məntəqəsində uzun növbə yaranıb. Buna səbəb hava şəraiti və Rusiya Fövqəladə Hallar Nazirliyinin yolda hərəkəti məhdudlaşdıran qərarıdır. 


Yerli media  yazır  ki, bu qərardan sonra  Rusiya-Azərbaycan sərhədində yük maşınlarının uzun növbələri daha da artacaq

Rusiya tərəfi bildirir ki, təmir işləri ilə əlaqədar martın 13-dən Yuxarı Larsda hərəkət zolaqlarının sayı 11-dən 6-ya endirilib, yüklərin daşınması əks rejimdə başlayacaq.

Yəni, Gürcüstandan Rusiyaya yalnız yük maşınları buraxılacaq, Rusiyadan Gürcüstana yük daşıyan avtomobillər isə Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar və Tahirkənd-Kazmalyar sərhəd keçid məntəqələrinə göndəriləcək.

Bu səbəbdən də Rusiya-Azərbaycan sərhədində yük maşınlarının uzun növbələrinin daha da artacağı gözlənilir.

Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsinin buraxılış qabiliyyəti sutkada maksimum 200 ağır avtomobil təşkil edir və hazırda uzun növbələr yaranıb.

Nəticədə Rusiyadan, o cümlədən Azərbaycana daşınan mallar gecikir, nəqliyyat xərcləri artır. Ekspertlərin fikrincə, bəzi xaricdən gətirilən malların bahalaşmasının səbəblərindən biri də budur.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
Sabah hava necə olacaq?
İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Özünü restoranın həyətində asdı