Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84214
az

Qanunsuz ov edənlər aşkarlanıb

19:1409 Mart, 2023
110
CƏMİYYƏT
  • A
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin, eyni zamanda, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində mühafizə rejiminin pozulması faktı aşkar edilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Oxu24.com-a açıqlamasında bildirib ki, körfəzdə brakonyerlərə məxsus 2 qayıq aşkar edilib və su hövzəsindən 1764 metr uzunluğunda 18 ədəd sintetik tor yığışdırılıb. “Eyni zamanda keçirilən nəzarət tədbirləri zamanı “Kiçik Körfəz” ərazisində qanunsuz balıq ovlayan Masallı rayon sakini Rövşən Ağacanov saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbir görülüb”, - Xidmət rəisi vurğulayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XƏBƏRDARLIQ: Sabahın havası narahatlıq yaradacaq
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü