Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84199
az

Bakı-Xırdalan-Bakı istiqamətində ikinci qatar reysə buraxılacaq

17:3009 Mart, 2023
106
CƏMİYYƏT
  • A

“Azərbaycan Dəmir Yolları’’ QSC (ADY) martın 11-dən Bakı-Xırdalan-Bakı istiqamətində qısaldılmış marşrut üzrə ikinci qatarı reysə buraxacaq.

Oxu24.com  bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da, sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılması təmin ediləcək, turniketlərdə sıxlıq əhəmiyyətli dərəcədə azaldacaq.

Bundan başqa, səhmdar cəmiyyəti qatarların yolda olma vaxtlarının hərəkət sürətlərinə uyğunlaşdırılması, sərnişinlərin vaxtında mənzil başına çatdırılması, sərnişin sıxlığının qismən tənzimlənməsi üçün martın 11-dən Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlini dəyişəcək. Yenilənmiş hərəkət cədvəlini ADY-nin korporativ veb səhifəsindən (www.ady.az), Bakı Dəmiryol Vağzalından, Abşeron dairəvi dəmir yolu üzrə stansiya və dayanacaqlardan, həmçinin elektrik qatarların monitorlarından əldə etmək olar.

Hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir.

ADY sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər də planlaşdırır. Belə ki, 2023-2024-cü illərdə 10 ədəd Stadler FLIRT tipli sərnişin qatarının alınması Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
Bakıda COP29-un keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü