Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84196
az

"Qarabağdakı son hadisələrdə Rusiya və İranın barmağı var" - Politoloq

17:1109 Mart, 2023
92
CƏMİYYƏT
  • A

"Qarabağda baş verən son hadisələrdə Rusiyanın və İranın barmağı olduğunu düşünürəm".

Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Rusiya və İranın məqsədi Azərbaycanın daxili sabitliyini pozmaqdır:

"Baş verən proseslərdə "baş rejissor" rolunu rus sülhməramlıları adlanan qüvvələr oynayır. Biz onların alternativ yolla yanacaq və silah-sursat daşıdıqlarını sübut etmişik. Son toqquşma hadisəsi zamanı da məqsəd daşıma işlərinə rəhbərlik edən "UAZ" markalı maşının yoxlanılması idi. Birinci atəşi ermənilər açdı. Onlar cavab atəşi ilə məhv edildilər. Demək olar ki, həmin vəziyyət davam edir. Həmçinin onu da xatırladaq ki, ermənilər danışıqlar zamanı öz iddialarını artırıblar".

Q.Hüseynli qeyd edib ki, son hadisələr zamanı Azərbaycan üçün ən xoşagəlməz cəhət Rusiyanın ölkəmizi qınaması olub:

"Halbuki, onlar öz sülhmramlılarını qınamalı idilər. Azərbaycan Müdafiə Nazirliyi də bu barədə sülhməramlılara xəbərdarlıq edib. Alternativ yola nəzarət edən və oradan yüklərin daşınmasını təmin edən də məhz sülhməramlılar idi. Rusiyalı politoloqlar isə bu məsələdə Azərbaycanı günahkar çıxaran fikirlər söylədilər. Bütün bunlar onu göstərir ki, Rusiya Qarabağdan kart kimi istifadə edir. O, bu kartı açıq oynamaqla Qərbin bu regiona təsirinin qarşısını almağa çalışır.

Cənubi Qafqaz Rusiya üçün açar rolunu oynayır. Rusiya dövlətinin rəsmi mövqeyini müdafiə edən politoloqlar bildirir ki, onlar bu regiondan çıxıb getməyəcəklər. Onlar Avropa İttifaqının iştirakı ilə keçirilən görüşlərdə əldə olunan razılıqları pozmağa çalışırlar. Çox təhlükəli proseslər gedir. Ermənilər isə də sülh müqaviləsindən danışsalar da, əslində vaxt udmağa çalışırlar", - o deyib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO