Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84005
az

Azərbaycanda bu sahələr üzrə kadr çatışmazlığı var - VİDEO

18:0107 Mart, 2023
145
  • A

Azərbaycanda bəzi sahələr üzrə kadr çatışmazlığı var. Bu, özünü iqtisadiyyat, idaretmə, texnologiya, kənd təsərrüfatında daha qabarıq göstərir. Halbuki hər il ali məktəblərdən sözügedən sahələr üzrə yüzlərlə tələbə məzun olur. Bəs kadr çatışmazlığının səbəbi nədir?

OXU24.COM  Xəzər Xəbər-ə istinadən xəbər verir ki, insan resursları üzrə mütəxəssis Nüsrət Xəlilovun fikrincə, hər bir müəssisə üçün savadlı kadr  faktoru ən vacib elementdir. Buna görə də müəsissələr daha peşəkar işçi axtarırlar. Onun sözlərinə görə, bir sıra hallarda işəgötürənlərin tələbləri ödənilmir, nəticədə çatışmazlıqlar yaranır.

Təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli isə  problemin kökünü ali məktəblərdə görür. Onun sözlərinə görə, son dövrlər bu istiqamətdə müsbət addımlar atılsa da, vəziyyət qənaətbəxş deyil.

Ekspertin fikrincə, universitetlər beynəlxalq akkreditasiyadan keçməlidir. Bu zaman bütün resursların əlçatanlığı təmin olunar, müəllim heyətinin və tələbələrin bilik səviyyəsi dünya standartlarına çatdırılar.

Təhsil eksperti deyir ki, texnologiya sürətlə inkişaf edir və ölkə təhsilinin beynəlxalq  tələblərə uyğunlaşıdırılması çətin prosesdir: "Ancaq məsələyə daha ciddi yanaşma olarsa, problemin böyük qismi həll edilər. Bu isə mütəxəssis çatışmazlığını minimuma endirər".

Qeyd edək ki, texniki, iqtisadiyyat və idarəetmə sahələri üzrə2014-2020-ci illərdə məzun olan tələbələrin əmək bazarında məşğulluq səviyyəsi 70 faiz təşkil edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi