Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83992
az

İnsultun qarsısını almaq üçün edə biləcəyimiz 8 ƏMƏL

14:4107 Mart, 2023
95
CƏMİYYƏT
  • A


1. Ürək xəstəliklərini müalicə edin

Ürək-damar problemləri insult ehtimalını xeyli artırır. Bunun bir səbəbi ürək xəstəlikləri və insult üçün risk faktorlarının oxşar olmasıdır. Ürəyinizə faydalı olan bir çox həyat tərzi dəyişiklikləri də insult riskini azaldacaq.

Atrial fibrilyasiya xüsusilə insult riskini artırır. Əgər belə nizamsız ürək döyüntüsü probleminiz varsa, insult keçirmə ehtimalınız beş dəfə çoxdur. Ancaq diaqnoz qoyulanlarda bir neçə müalicə variantı var və kardiloq və ya aritmoloq tərəfindən dəyərləndirilib uygun müalicəni qəbul etmək lazımdır.

2.Qan təyziqini tənzimləyin:

Normal qan təyziqi 120/80 mm.c.süt-dan yuksək olmamalıdır. Qan təyziqinin 130/80 mm.c.süt-dan yuxarı olması  yüksək qan təyziqi hesab olunur. Qan damarlarımızın divarına çox güclü təyziq göstərdikdə, onları zəiflədə və insulta səbəb ola bilər.

Müntəzəm məşq etməklə, siqareti tərgitməklə, sağlam çəki saxlamaqla, stressi idarə etməklə, sağlam qidalanmaqla və duz qəbulunu gündə bir çay qaşığı ilə məhdudlaşdırmaqla qan təyziqini aşağı sala bilərsiz. Əgər bunlar kömək etmirsə həkiminiz qan təyziqi üçün dərman təyin etməyə qərar verə bilər.

3. Xolesterolunuzu yoxlayın

 

Xolesterol damarların divarına yapışan lövhə əmələ gətirərək qan axını üçün kanalları daraldır.Yüksək LDL("pis xolesterol" kimi də tanınır)  insult üçün risk faktoru olduğu sübut edilmişdir. İnsult xəstələrində LDL-in 70 mq/Dl-dən az olması tövsiyyə edilir.

Alkoqol və duz qəbulunu azaltmaqla, sağlam çəki saxlamaqla, müntəzəm idman etməklə və paxlalılar, taxıllar və bəzi meyvələr kimi həll olunan liflə zəngin qidalar yeyərək xolesterolunuzu azalda bilərsiniz. Təyin edilmiş dərmanlar da xolesterolu idarə etməyə köməklik edə bilər.

4. Şəkərli diabetə nəzarət edin

Zamanla diabetin səbəb olduğu yüksək qan şəkəri qan damarlarının divarına zərər verə bilir, qan axınını məhdudlaşdırır.

Qan şəkərinin monitorinqi və diabetinizi həkiminizin göstərişinə uyğun dərmanlarla müalicə etmək çox vacibdir. Balanslaşdırılmış pəhriz və müntəzəm məşq də diabeti nəzarət altında saxlamağa kömək edə bilər.

 

5. Arıqlamaq

Artıq çəki və ya piylənmə yüksək qan təyziqi və yüksək xolesterin və diabetlə əlaqələndirilir. Bunlar da həmçinin insult üçün risk yaradan amillərdir. Həkimlər adətən Bədən Kütlə İndeksini(BMİ)-i  25-dən aşağı saxlamağı tövsiyyə edirlər. 

6. Siqareti buraxın

Siqaret çəkmək qan damarlarına zərər verir, qan damarlarında lövhə(kirəc) yığılmasını artırır, qanın laxtalanma müdətini artırır və qan damarlarının daralmasına  və qalınlaşmasına səbəb olur. Bu səbəbdən siqaret çəkənlərə siqareti tezliklə buraxması tövsiyyə olunur.

 

7. Müntəzəm məşq

Fiziki cəhətdən qeyri-aktiv olmaq yüksək xolesterol və qan təyziqinə, həmçinin piylənməyə kömək edir ki, bu da insult riskinizi artıran daha cox sağlamlıq problemlərinə səbəb ola bilər.

Məşq sürətli gəzinti qədər sadə ola bilər. Ümumiyyətlə götürdükdə günə 10 000 addım tövsiyyə olunur.

8. Alkoqol qəbulunu məhdudlaşdıtın

Həddindən artıq içki içmək qan təyziqini yüksəldə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ