Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83933
az

Toy karvanında avtoxuliqanlıq edən daha bir nəfər həbs edildi - FOTO

22:4905 Mart, 2023
87
CƏMİYYƏT
  • A

Masallı rayonunda toy karvanlnda avtoxuliqanlıq edən daha bir nəfər həbs edilib. 

OXU24.COM  bildirir ki, oxu.az-ın əldə etditi məlumata görə, avtoxuliqanlıq edən, tiktoker Şahin Cavadovun saxlanılıb və həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Masallı Rayon Polis Şöbəsində aparılan müvafiq araşdırma nəticəsində sözügedən toy karvanında daha bir sürücünün Masallı rayon sakini Şahin Cavadovun da avtoxuliqanlıq etdiyi müəyyən edilib:

"Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Masallı rayon məhkəməsinin qərarı ilə həmin şəxs sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib".

Qeyd edək ki, bir neçə gün əvvəl toy karvanında avtoxuliqanlıq edən və müxtəlif qayda pozuntularına yol verən sürücülərlə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırmanın başlanması və ümumilikdə altı nəfər barəsində inzibati qaydada tədbir görülüb.

Belə ki, həmin sürücülərdən dördü barəsində inzibati qaydada protokol tərtib edilmiş, ikisi barəsində isə toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
Zelenski onu vəzifəsindən azad etdi
Azərbaycanda vulkan püskürdü

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər