Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83781
az

Hacı Şahinin xanımından ürəkdağlayan PAYLAŞIM: “Sayəndə ölümü də sevməyə başladıq” – FOTO

21:5603 Mart, 2023
181
CƏMİYYƏT
  • A

“Bu da son. Bizim üçün son, bizim üçün bitiş, bizim üçün ən axır dayanacaq…Sənin üçün isə yeni bir başlanğıc, yeni dostlar, layiq olduğun mühit, layiq olduğun sirdaşlar…”

OXU24.COM  xəbər verir ki, bunu ötən gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişən Qafqaz Müsəlmanları İdarəsinin Qazilar Şurasının üzvü, ilahiyyatçı Hacı Şahinin həyat yoldaşı Aytən Həsənzadə sosial şəbəkə hesabında qeyd edib.

“İndi yanında Əhli Beyt, peyğəmbər dostları var. Bir ömür İmam Hüseyn dedin, indi tut ağanın əllərindən ürəyin əbədi gülsün... Əsl dostların yığılıb indi ərtafına...

Amma biz dostsuz, sirdaşsız qaldıq axı, Hacı. Üzü dönsün ayrılığın, dost itirmək nə ağır acı imiş. Mən bu həyatda nə uğur qazanmışamsa, sənin məsləhətlərinə qulaq asaraq, sənin düsturlarına əməl edərək qazanmışam.
Kitabı, islamı, insanları, insanlığı, yaxşılığı, mərhəməti bizə sevdirən insan. İndi sayəndə ölümü də sevməyə başladıq, haqqını halal et bizə.

Mən elə düşünürdüm ki, sən 90 yaşında da o minbərdə ağ saç, ağ saqqalınla xütbələr edəcəksən.

Allah səni şəfaət mərtəbəsinə ucaltsın, bizim hamımızı şəfaət edəsən. Allah sənə rəhmət eləsin” , - deyə Hacı Şahinin xanımı qeyd edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO