Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83693
az

8-ci km bazarında keyfiyyətsiz kolbasalar aşkarlanıb

13:4202 Mart, 2023
106
CƏMİYYƏT
  • A

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nizami rayonu 8-ci km bazarında plandankənar yoxlama keçirilib.

Agentlikdən  Oxu24.com-a verilən məlumata görə, yoxlama zamanı fiziki şəxs Quliyev Məhəmməd Sahabətdin oğlunun 2 ayrı piştaxtada temperatur rejimi gözlənilmədən, üzərində etiket məlumatları olmayan kolbasa məhsullarının satışını həyata keçirdiyi aşkarlanıb.

Aparılan nəzarət tədbiri zamanı fiziki şəxs Quliyev Məhəmməd Sahabətdin oğlunun və “Sevilən Ad” MMC-yə məxsus qida məhsullarının satışı həyata keçirilən obyektlərin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi müəyyən edilib.

Aşkar olunmuş faktlarla bağlı sanitar-gigiyenik normalara cavab verməyən və ticarət qaydaları gözlənilmədən satışı həyata keçirilən məhsulların satışının qarşısının alınması istiqamətində tədbirlər görülüb, müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Həmçinin obyekt sahibləri barəsində inzibati protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
Nazir mətbuat xidmətinə yeni rəhbər təyin etdi - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA