Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83640
az

Zəlzələdə dağıntılar altında qalan Beyzanın verdiyi sual kövrəltdi - VİDEO

20:1901 Mart, 2023
143
CƏMİYYƏT
  • A

Malatyada zəlzələ zamanı altımərtəbəli binanın qalıqları altında qalan Beyza Yetiş xilasetmə əməliyyatında iştirak edən polisə verdiyi sualı ilə onu çətin vəziyyətdə qoyub.

Bu barədə xilasedicinin özü danışıb.

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, polisin dediyini görə, vaxtilə Van zəlzələsini yaşayıb, bu səbəbdən hadisəni eşidən kimi dərhal könüllü şəkildə fəlakət bölgəsinə yollanıb. Əməliyyat zamanı ikinci mərtəbədə dağıntılar altında qalan 14 yaşlı Beyzaya çatıb. Polis ona ürək-dirək vermək üçün suallar verib, özünün də Van zəlzələsini gördüyünü danışıb. Yeniyetmə qızın "Həmin zəlzələ bundan daha pis idi?" sualı isə xilasedicini çaş-baş vəziyyətdə qoyub.

"Sualı qarşısında duruxub qaldım, "bu daha dəhşətli idi", - deyə bilmədim. "Bu daha...", - dedim və qəhərləndim", - deyə polis göz yaşlarını zorla tutaraq olanları danışıb.

Onun sözlərinə görə, fəlakətin 4-cü günündə xilas edilən Beyzanın "gözümüzü yumurduq, açırdıq, amma heç cür səhər olmurdu" sözləri də çox təsirləndirib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü