Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83629
az

“Necə gizlədə bilib, hələ də şokdayam” - Xoşqədəm Hidayətqızı

19:1501 Mart, 2023
156
CƏMİYYƏT
  • A

"Artıq bu şəhərdə sevdiklərimdən biri əskikdir. O sənsən, Ellada".

OXU24.COM  olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bu gün xərçəngdən vəfat edən jurnalist Ellada Mustafayeva haqda paylaşıb. Aparıcı kədərini bu sözlərlə dilə gətirib:

"Onunla yollarımız "Xəzər"də kəsişdi, elə orada da ayrıldı. Amma dostluğumuz davam etdi. Ən yaxın sirdaşım, məsləhət verənim, uğuruma sevinib, uğursuzluğuma kədərlənənim... Özümü bu qədər yalnız hiss etməmişdim, onun ölümü mənə çox pis təsir göstərdi. Axı 35 nə yaşdı ki? İstedadlı, işini sevən, ədalətli və dürüst insan! Atamın xəstəliyini bilib, çox məyus olmuşdu. Öz xəstəliyindən isə kəlimə belə kəsməyib. Necə gizlədə bilib, hələ də şokdayam. Daim üzü gülən, mənə edilən haqsızlığa kədərlənsə də, onu büruzə verməyən, səbirli olmağı məsləhət görən Elladam, sənin çox darıxacağam. Məsləhətlərini, tənqidini, uğuruma sevinib, həyəcanlanmağını... İşıqlı, nur üzlü Elladam, məkanın cənnət olsun".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi