Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83549
az

DYP dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

09:4628 Fevral, 2023
99
CƏMİYYƏT
  • A
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin dumanlı hava şəraitinin müşahidə edilməsi ilə əlaqədar olaraq yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib. Oxu24.com xəbər verir ki, müraciətdə deyilir: "BDYPİ tərəfindən nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. Normadan artıq, eyni zamanda düzgün qablaşdırılmamış yüklərin daşınması digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratmaqla yanaşı, asfalt örtüklü yolların da istifadəyə yararlılıq müddətini azaldır, deformasiyaya uğramasına səbəb olur. Bu və digər məqamları nəzərə almaqla, bir daha yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırırıq ki, təyinatından asılı olmayaraq, istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş, kütlə hədlərindən artıq olmamalıdır. Eləcə də dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşdığından dağıla bilən yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Əks təqdirdə həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı