Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82939
az

İsrail Azərbaycanın aqrar parklarında öz iştirakını genişləndirir

18:2517 Fevral, 2023
84
  • A

Azərbaycanın aqrar parklarında İsrail şirkətləri ilə birgə əməkdaşlıq sazişləri imzalanıb.

Oxu24.com  Trend-ə istinadən bildirir ki, bu barədə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun jurnalistlərə deyib.

Onun sözlərinə görə, xüsusən, kənd təsərrüfatı sektorunda böyük və maraqlı layihələrin reallaşdırılacağı gözlənilir.

"Azərbaycan bu layihələrin reallaşdırılması üçün nəhəng potensiala malikdir. İsrailin kənd təsərrüfatı sahəsindəki bütün şirkətlərinin Qarabağda işləyə biləcəklərindən əminəm, onların bir hissəsi öz istehsalatını Ələt Azad İqtisadi Zonasında qura bilər. Bu gün bura gətirdiyimiz bütün texnologiyalar Qarabağın bərpa olunması üçün tamamilə aktualdır", - Kaplun deyib.

Ticarət palatasının təsisçisi Azərbaycanın İsrailin su sahəsində layihələrlə məşğul olan ən iri şirkətlərindən biri ilə əməkdaşlıq sazişi bağladığını bildirib.

"Bundan başqa, danışıqlar davam edir və su təsərrüfatı sahəsində əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir. Heyvandarlıq sahəsində də layihələrimiz mövcuddur və yeni sazişlər imzalanacaq", - o deyib.

Kaplun, həmçinin, istər istixanalarda, istərsə də açıq ərazilərdə kulturaların yetişdirilməsi üzrə layihələrin mövcud olduğunu əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fəlsəfə doktoru vəfat etdi - FOTO
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
“Gənclik” metrostansiyasında sərnişin qatar yoluna düşüb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ