Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82800
az

Nəzir dediyim qurbanın ətindən özüm də yeyə bilərəm?

19:1715 Fevral, 2023
88
CƏMİYYƏT
  • A

İnsanların çoxu sizin kimi ya da buna bənzər niyyət tutaraq: "Nəzir demişəm; filan işim alınarsa, uşağım sağalarsa, oğlum əsgərdən gələrsə" deyə, əvvəlcədən sanki Allahla şərtləşirlər. İlk növbədə Uca Allahla bu cür sövdələşmələr, etik/xoş deyil və belə şeylər daha çox Allaha təvəkkülü, imanı zəif insanlarda görülür. Eyni zamanda belə etməklə, Allahın sizə vacib etmədiyi bir ibadəti özünüzə vacib etmiş olursuz.

Biz bir müsəlman olaraq hər bir halda və düşüdüyümüz hər vəziyyətdə, başımıza gələn xeyir və ya şər işlərdə Allaha təvəkkül/güvənməyi bacarmalıyıq. Səbr və şükür bizim heç bir zaman tərk etməyəcəyimiz azuqəmiz olmalıdır. Əgər Allah bizə gözəl şeylər lütf edibsə, buna şükr etməli; yəni buna qarşı bacardığımız xeyirxahlığı etməliyik. Yox əgər bir müsibətlə üzləşmiş olsaq, buna da səbr etməli; yəni dirəncimizi, Allaha olan inam və güvənimizi sarsmamalıyıq. Eynilə Quranda buyrulduğu kimi:

O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"- deyirlər. (Bəqərə 2/156)

Qısacası; Mömin olan şəxs arzusu yerinə gəlincə şükr edən, gəlməyincə də səbr edəndir.

Nəticə olaraq; hər hansı imtahanla, çətinliklə qarşılaşanda Allaha dayanmalı, bu çətinliyi aşdığımız zaman şükr etməli və şükrümüzü feli ifadə etmək məqsədiylə bir heyvan da qurban etməyi bacarmalıyıq. Kəsdiyimiz şükür qurbanından həm özümüz yeyə bilərik həm də başqalarına sədəqə pay göndərə bilərik. Elə məhz bu cür davranışımız və kəsdiyimiz şükür qurbanı, Allaha şərtli olaraq niyyət etdiyimiz nəzir qurbanından çox daha yaxşıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı