Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82550
az

Rusiyada terror gözlənilir - XƏBƏRDARLIQ

09:3213 Fevral, 2023
204
CƏMİYYƏT
  • A

ABŞ-ın Moskvadakı səfirliyi öz ölkəsinin vətəndaşlarına Rusiyada terror təhlükəsi barədə xəbərdarlıq edib.

Oxu24.com  xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında dərc olunmuş məlumatda deyilir.

ABŞ-ın Moskvadakı səfirliyi Amerika vətəndaşlarına Ukraynada keçirilən hərbi əməliyyatla əlaqədar Rusiyaya getməməyi tövsiyə edib, bu ölkədə yaşayan və ya səyahət edənlərin dərhal oranı tərk etməyə çağırıb.

Sənəddə qeyd olunur ki, səfirlik amerikalıların sonrakı həbsi üçün mümkün təqiblərə məruz qalması səbəbindən, qanunun özbaşına icrası, eləcə də səfirliyin Rusiyada ABŞ vətəndaşlarına yardım göstərmək imkanlarının məhdudluğu və terror ehtimalına görə ölkə vətəndaşlarına Rusiyaya səyahətdən çəkinməyə çağırıb.

ABŞ diplomatik missiyası həmçinin bildirib ki, Rusiya hakimiyyəti ikili vətəndaşlığı olan şəxslərin ABŞ vətəndaşlığını tanımaqdan imtina edə, onlara ABŞ konsulluq yardımı almaqda maneçilik törədə, Rusiyanı tərk etmələrinin qarşısını ala və ya hərbi xidmətə çağıra bilər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı