Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82423
az

Küçədə cərimə yazılan şəxsi ələ saldı, həbs edildi

16:1011 Fevral, 2023
112
CƏMİYYƏT
  • A

Küçədə tanımadığı şəxsə və polisə yaxınlaşaraq içkili halda zarafatlar edən şəxs həbs edilib.

OXU24.COM "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə Nizami rayonunda Q.Qarayev prospektində baş verib. Kafedə dostu ilə yeyib-içən İsmayıllı sakini oradan çıxdıqdan sonra bir maşının yol polisi tərəfindən saxlanıldığını və sürücüyə protokol yazıldığını görüb.

İttihama əsasən, bu zaman o, sürücüyə yaxınlaşıb onunla söhbət edib zarafatlaşaraq ələ salmağa başlayıb. Səki ilə hərəkət edən şəxsin aidiyyəti olmadığı halda onlara yaxınlaşaraq maneə törətməsinə görə polis əməkdaşı E.Fərəcova irad tutub. Xidməti fəaliyyətlərini pozduğunu bildirib. Bu zaman o, polis əməkdaşı ilə mübahisə edərək əl-qol atıb. Daha sonra onun paqonunu dartaraq qoparıb.

Bu hərəkətlərindən dolayı E.Fərəcov Nizami rayon 25-ci polis şöbəsinə aparılıb. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmrinə tabe olmama) ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Goranboyda qızıl oğurlayan qadın saxlanıldı