Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82280
az

Qışda daha çox ət yeyilməlidir - Bədənə nə lazımdır?

00:0210 Fevral, 2023
123
  • A

Soyuq mövsümdə qidalanma rasionunun təxminən 40%-i ət, onunla əvəz edilə bilən yumurta və balıq olmalıdır.

OXU24.COM xəbər verir ki, bunu Moskva Səhiyyə Departamentinin yetkin əhaliyə ilkin tibbi-sanitariya yardımı üzrə baş ştatdankənar mütəxəssisi Andrey Tyajelnikov bildirib.

O deyib ki, ilin soyuq aylarında insanın daha çox güc və enerjiyə ehtiyacı olduğu üçün qida rasionu dəyişməlidir:

"Qışda orqanizm günəş işığına ehtiyac duyur, onun enerji sərfiyyatı əhəmiyyətli dərəcədə artır, viruslara və bakteriyalara qarşı müqavimət göstərmək üçün gücü azalır, mübadilə prosesləri yavaşlayır və sürətli yorğunluq yaranır.

Orqanizmin dəyişən iqlim şəraitinin öhdəsindən gəlməsi üçün mütləq zülallar, yağlar, karbohidratlar, vitaminlər, minerallar və lifdən ibarət olan balanslı qida qəbul etmək lazımdır. Qış yeməkləri daha doyurucu və kalorili olmalıdır".

Onun sözlərinə görə, rasiona mütləq zülal və yağ mənbələrinin daxil edilməsi zəruridir:

"Buna görə də soyuq mövsümdə rasionunun təxminən 40%-i ət olmalıdır. Bu bizə enerji verir, əzələ toxumasının itirilməsindən qoruyur, yoluxucu xəstəliklərdən qorunmanı stimullaşdırır. Əti yumurta və balıqla da əvəz etmək olar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO