Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82010
az

Toyuq əti və yumurtanın qiyməti dəyişə bilər? - AÇIQLAMA - VİDEO

18:2007 Fevral, 2023
128
CƏMİYYƏT
  • A

Ölkəyə xaricdən gətirilən bir sıra heyvan yemlərinin gömrük rüsumundan azad edilmə müddəti başa çatıb.

OXU24.COM  xəbər verir ki, ötən ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə idxal olunan bir sıra yem və yem əlavələri gömrük rüsumundan azad edilmişdi.

31 dekabr 2022-ci il tarixində isə bu güzəştin müddəti bitib.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, sözügedən güzəştin dayandırılması toyuq əti və yumurtanın bahalaşmasına səbəb ola bilər.

Mürvət Həsənli deyib ki, güzəştin bərpası üçün bir sıra qurumlara müraciət ünvanlanıb. Onun sözlərinə görə, hətta bəzi heyvan yemlərinin yenidən idxal rüsumundan azad edilməsi gözlənilir.

 

Assosiasiya sədrinin fikrincə, rüsum götürülmədiyi təqdirdə toyuq ətinin hər kiloqramında 15-25 qəpik, süfrə yumurtasının qiymətində isə 2-3 qəpiyədək artım olacaq.

İqtisadçı Rəşad Həsənov isə bildirib ki, ölkədə quş əti istehsalı ilə bağlı müəyyən asılılıqlar və bunun fonunda bahalaşma qaçılmazdır.

 

 

Ekspertin fikrincə, idxal rüsumu ilə bağlı güzəşt bərpa olunmasa, alternativ çıxış yollarını düşünmək olar. Amma bu, yaxın dövr üçün real görünmür.

Rəşad Həsənov onu da vurğulayıb ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalının əsasını ailə təsərrüfatları təşkil edir. Ekspert hesab edir ki, peşəkar istehsala keçid istiqamətində siyasət genişləndirilməli, ailə təsərrüfatları kooperativlərdə birləşdirilməli, bununla da məhsuldarlığın artımına hədəflənən model qurulmalıdır. Bu həm də mənfəət normasını artıra, məhsulun maya dəyərini aşağı sala və bazara daha optimal qiymətə çıxarılmasına şərait yarada bilər.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR