Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81595
az

Qubalı qız əvvəlcə “Zil”, sonra avtobus sürücüsü oldu - VİDEOREPORTAJ

21:2901 Fevral, 2023
149
CƏMİYYƏT
  • A

"Əhməd haradadır?" filmindəki Nərgiz xalanın yük maşını sürməyini görəndən sonra qərar verdim ki, mən də sürücü olacağam. Valideynlərim məni müxtəlif yollarla fikrimdən döndərməyə çalışsalar da, arzularımın arxasınca getdim. 1975-ci ildə Bakıda sürücülük məktəbinə yazıldım. İki yüz oğlanın arasında bircə qız mən idim. Altı aylıq kursdan sonra imtahandan uğurla keçib sürücülük vəsiqəmi aldım. İlk sürdüyüm maşın isə "Zil" markalı yük avtomobili idi.

Bu sözlərin müəllifi 48 illik sürücülük təcrübəsinə malik Nuriyyə Abdullayevadır.

OXU24.COM  AZƏRTAC-a istinadən bildirir ki, 68 yaşlı Nuriyyə Abdullayeva Quba rayonun İkinci Nügədi kəndində yaşayır. O, ölkəmizin şimal bölgəsində ilk avtomobil sürən qadınlardandır. Maraqlısı budur ki, N.Abdullayeva sürücülüyə 20 yaşında olarkən "Zil" markalı yük avtomobili ilə başlayıb. İki ildən sonra yük maşınını "QAZ-24"lə dəyişib. Bu maşınla taksi sürücüsü kimi ölkəmizin və keçmiş SSSR-nin bir çox şəhərlərinə sərnişin aparıb. 1979-cu ildən isə "RAF" markalı maşınla sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.

"Sürücülük vəsiqəmi aldıqdan sonra ilk iş yerim Quba Avtomobil Bazası oldu. "Zil" maşınla əsasən meyvə-tərəvəz məhsulları, yük daşıyırdım. Sonra təzə "Volqa"da taksi fəaliyyətinə başladım. İndi qadın sürücülər çoxdur. O, vaxt isə məni bütün Qubada tanıyırdılar. 3-4 il taksi sürücüsü kimi işlədim. Sonra Riqa (Latviya) şəhərinə gedib, oradan təzə "RAF" markalı mikroavtobus gətirdim. Quba-Nügədi marşrutu üzrə sərnişin daşıyırdım. Bir müddət sonra "RAF"-ı, "QAZel"lə dəyişdim. İndi özüm sahibkaram. Hazırda Quba-Nügədi marşrutu üzrə 4 avtobusumuz fəaliyyət göstərir. Hansısa sürücümüzü əvəz etmək lazım gələrsə, özüm sükan arxasına keçirəm", - deyə o söyləyib.

Nuriyyə Abdullayeva Qubada yaxşı sürücü olmaqla yanaşı, həm də toy operatoru kimi tanınıb. Nə az, nə çox, düz 15 il toy məclislərində operator kimi fəaliyyət göstərib.

"O vaxtlar Qubada qız və oğlan toyları ayrı təşkil olunurdu. Qız toyunda qadın musiqiçilər ifa edirdi. Mən də toyların ən sevilən operatoru idim. Gündüz sürücülük edirdim. İşdən sonra toya gedirdim. Operatorluğa böyük həvəsim vardı. Amma avtomobil sürmək mənim üçün bütün məşğuliyyətlərdən önəmlidir", - deyə Nuriyyə Abdullayeva bildirib.

Onun sözlərinə görə, 50 ilə yaxın sürücülük təcrübəsi var və indiyədək hər hansı qəza törətməyib. Təcrübəli sürücü avtomobil qəzalarının əsas səbəbinin yüksək sürət olduğunu söyləyib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlandı