Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81573
az

Əməkdar incəsənət xadimi VƏFAT ETDİ

14:5801 Fevral, 2023
93
CƏMİYYƏT
  • A

Görkəmli alim, pianoçu, musiqişünas, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyasının yaradıcısı və direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov uzun sürən xəstəlikdən sonra ömrünün 80-ci ilində vəfat edib.

Bu barədə Oxu24.com-a Bakı Musiqi Akademiyasının mətbuat xidmətindən bildirilib.

Vida mərasimi Təzə Pir məscidində saat 11-də təşkil olunacaq .

Qeyd edək ki, Azərbaycan musiqi mədəniyyətində və təhsilində əvəzsiz yeri olan Tərlan Seyidov yaratdığı Məktəb-studiyaya 43 ildir rəhbərlik edib, BMA-da işlədiyi illərdə çoxsaylı musiqiçilərin yetişdirilməsində böyük əmək sərf edib.

O, bir sıra monoqrafiyaların, dərsliklərin, topluların, məqalələrin müəllifidir. Onun müəllif layihələri təkcə Azərbaycanda deyil, həm də ölkə hüdudlarından kənarda böyük marağa səbəb olub.

Allah rəhmət eləsin!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanğınla bağlı bu küçə bağlandı - DİQQƏT!
Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi