Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81522
az

AZTV-nin aparıcısına yüksək vəzifə verildi - FOTO

23:5331 Yanvar, 2023
103
CƏMİYYƏT
  • A

Uşaqlarda ən çox baş verən narahatlıqlardan biri də burun qanamasıdır. Azyaşlılarda bütün yaş dövrlərində bu problemə rast gəlinir. Burun qanaması hansı hallarda yaranır?

Belə bir hal olanda hansı tədbirlər görülməlidir? İlkin tibbi yardım necə olmalıdır?

"Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) məqaləni təqdim edirik:

Uşaqda burun qanaması ümumiyyətlə, heç bir səbəb olmadan, qəfildən baş verə bilər. Çox vaxt qanaxma qısa müddətdən sonra öz-özünə dayanır. Qanaxma uzun müddət davam edərsə, uşaq özünü zəif hiss edir, təzyiqi aşağı düşür, soyuq tər basır və başı fırlanır. Uzun müddət davam edən qanaxma böyük qan itkisinə, anemiyanın inkişafına səbəb olur.

Uşaqlarda burun qanamasının səbəbləri nədir?

- Çox vaxt qanaxma burnun zədələnməsi nəticəsində baş verir.

- Bəzən körpələrin burnuna bir şey tıxaması qan damarlarını zədələyərək, qanaxmaya səbəb olur.

- Çox quru hava ilə nəfəsalma zamanı burnun selikli qişası quruyur, elastikliyini itirir və asqırarkən çatlayaraq, qanaxmaya səbəb olur.

- Damar keçiriciliyinin artması zamanı iltihab, soyuqdəymə, qrip zamanı burun qanxması müşahidə oluna bilər.

- Vegeto-damar distoniyasından əziyyət çəkən uşaqlarda burun qanaması ola bilər.

- Həddindən artıq istiləşmə, gün vurması da burun qanamasına səbəb ola bilər.
Ətraflı
Ad - 00:19

- Burun çəpərinin əyriliyi burun qanamasına səbəb ola bilir.

- Bəzən burun qanamaları burundakı xoş və ya bədxassəli bir şişin, qan xəstəliklərinin əlaməti ola bilər.

Uşağın burnundan qan gəlirsə nə etməli?

- Uşağı sakitləşdirin (və özünüz sakitləşin).

- Uşaqdan başını bir az irəli əyməsini xahiş edərək otuzdurun. Burun qanaması zamanı başı geri atmaq olmaz!

- Pəncərəni açaraq təmiz hava axınını təmin edin. Paltarların düymələrin açın. Uşağa ağızdan dərin nəfəs almasını deyin.

- Burun kökünə soyuq bir şey - dəsmalla bükülmüş buz və ya soyuq suya batırılmış bez qoyun. Ayaqlar, əksinə, isti olmalıdır.

- Kömək etmirsə, 3%-li hidrogen peroksid məhlulunda isladılmış steril bir pambıq çubuğu burun dəliyinə qoyun.

- Qan dayandırıldıqdan dərhal sonra uşağa yemək, çay və ya kakao verməyin.

- Qanaxma şiddətlidirsə dərhal təcili yardım çağırın.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Broyler toyuqlarının bu hissələrini yeməyin
Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki
Quba və Xaçmaza dolu yağır - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı