Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81509
az

İctimai nəqliyyatda qiymətlər niyə artdı? - SƏBƏBLƏR

17:5931 Yanvar, 2023
126
CƏMİYYƏT
  • A

Azərbaycanda metro və avtobuslarda gedişhaqqı artırıldı. Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü ildə keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunmuşdur (əvvəlki tarif 2,4 qəpik).

Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir.

Milli.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ictimai nəqliyyat xidmətləri göstərən daşıyıcı şirkətlər sərnişindaşıma xidmətlərinin tariflərinə baxılması təklifi ilə Tarif (qiymət) Şurasına müraciət ediblər.

Qiymət artımı nə ilə bağlıdır? Məsələ burasındadır ki, son illərdə Azərbaycana çoxlu sayda yeni komfortlu avtobuslar gətirilib. Məsələn, son 7 il ərzində Azərbaycana 1500-ə yaxən avtobus gətirilib. Bu isə avtobus parkının 60 faizdən çox yenilənməsi deməkdir.  Yalnız ötən il 170-i dövlət investisiyası, 85-i daşıyıcılar tərəfindən olmaqla ümumilikdə ölkəmizə 255 avtobus gətirilib.

Yeni avtobuslarla gündəlik 600 mindən çox sərnişin daşınır.

O ki qaldı metroya, burada da bir sıra yenilkilər, sərnişinlərin daha rahat istədiyi nöqtəyə çatması üçün bir çox işlər görülüb.

Xatırladaq ki, 2021-2022-ci illərdə 2 yeni stansiya ("8 Noyabr" və "Xocasən") açılıb. Xətlərin cəmi uzunluğu 40,7 km-ə, xətlərin sayı 3-ə, stansiyaların sayı 27-yə çatdırılıb. Dövlət Proqramına görə yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 77-yə çatacaq.

Son 5 ildə sonuncu nəslə mənsub müasir tipli 100 vaqon, 20 qatar alınıb.

Qeyd edək ki, sərnişindaşıma xidmətinin tarifləri ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında, yəni 5 il əvvəl qüvvəyə minib. Bu illər ərzində bir çox yenilkilər olub, sərnişinlərin rahatlıqla nəqliyyatdan istifadəsi üçün xeyli iş görülüb. Bu işlər isə böyük vəsait tələb edir. Bundan başqa qiymətlərə təsir edən vacib amillərdən biri də yanacağın qiymətinin artması olub ki, bununla da sərnişindaşıma xidmətinin maya dəyəri artıb.

Maraqlıdır ki, həm metroda, həm avtobuslarda mövcud tariflər hələ də sərnişin daşınmasının maya dəyərindən aşağıdır. 1 sərnişinin avtobusla daşınmasının maya dəyəri ilə tarif arasında fərq, bəzi hallarda 2 dəfəyə yaxın təşkil edir. Metroda 1 sərnişinin daşınmasının maya dəyərinin  2023-cü ildə 80 qəpikdən çox olacağı gözlənilir, şəhərdaxili avtobus marşrutlarında isə amortizasiya xərci ilə birlikdə 33 - 57 qəpik arasında dəyişir. Göründüyü kimi, orta qiymət 40 qəpikdən artıqdır.

Maya dəyərinə təsir edən daha bir məqam sərnişin sayının pandemiyadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalmasıdır.

Yeni tarifin qəbulundan sonra belə Bakıda sərnişin daşıma tarifləri əksər MDB ölkələri ilə müqayisədə ən aşağı qiymət hesab olunur:

 

 

Bakı

Moskva

Kiyev

Minsk

Tbilisi

İstanbul

 

Metro

0,40

1,52

1.00

0.96

0.64

1.81

Avtobus

0,40

1,52

1.00

1.16

0.64

1.81

 

Avropa ölkələrində isə nəqliyyatda tariflər Azərbaycandakı göstəricilərdən dəfələrlə yüksəkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XƏBƏRDARLIQ: Sabahın havası narahatlıq yaradacaq
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü